İdman

"Neftçi"nin hücumçusu: "Qarabağ"la oyunda şansımız var...

20 Avqust 2018 10:45
0 Şərh     Baxış: 933
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Ötən həftədən yaxşı hazırlaşırdıq. Baş məşqçimizin tapşırıqları üzrə oynadıq. Məncə, bu, yaxşı alındı. Gözəl oyun nümayiş etdirdik və qələbə qazandıq".

Milli.Az Report-a istinadən bildirir ki, bunu "Neftçi"nin futbolçusu Dario Federiko evdə "Qəbələ"yə 2:1 hesabı ilə qalib gəldikləri Topaz Premyer Liqasının II tur matçından sonra deyib. İkinci qolun müəllifi olan braziliyalı hücumçu "ağ-qara" forma ilə fərqlənməsini özü üçün sevindirici hal sayıb: "Mənim üçün böyük bir sevinc hissidir ki, "Neftçi" formasıyla qol vurdum. Belə davam etməyə və qollarımı sıralamağa çalışacağam. Öz gücümə, oyunuma bələdəm. Nəyə qadir olduğumu bilirəm. "Neftçi" səviyyəsində hücumçu olmadığıma dair fikirlərə əhəmiyyət vermirəm. Sözümü meydanda deyirəm".

Azarkeşlərin dəstəyini komandası üçün vacib hesab edən Federiko növbəti turda "Qarabağ"a qalib gəlmə şanslarını dəyərləndirib: "Əlbəttə, azarkeşlər bizi dəstəkləyirlər. Onlara təşəkkür edirəm. Üzərimizdə ciddi işləyəcəyik. Çünki bizi güclü komanda gözləyir. Çalışacağıq ki, müsbət nəticə qazanaq. Çempion olmaq istəyiriksə, hər bir oyunda qalib gəlməli, gözəl oyun nümayiş etdirməliyik. İnanıram ki, bu oyunda istədiyimiz nəticəni əldə edəcəyik".

Qeyd edək ki, "Neftçi" 2 turdan sonra 6 xalla vahid liderdir. Ehtiyatda bir oyunu olan "Qarabağ" isə 3 xalla 4-cü pillədə qərarlaşıb. 

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.