İdman

"Qarabağ"dan təklif almışdım, amma..." - Nigeriyalı futbolçu

23 İyul 2018 20:06
0 Şərh     Baxış: 1 814
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Zirə"nin sabiq futbolçusu Viktor İqbekoyinin yeni komandasının adı müəyyənləşib.

Milli.Az bildirir ki, bu barədə apasport.az saytına açıqlamasında nigeriyalı yarımmüdafiəçi özü məlumat verib.

O bildirib ki, bundan sonra karyerasını ABŞ-da davam etdirəcək. Belə ki, 32 yaşlı orta sahə oyunçusu II liqa təmsilçisi "İndi Eleven"lə anlaşıb.

Maraqlıdı ki, İqbekoyi ölkəmizdə qalmaq şansı olsa da, bundan imtina etdiyini söyləyib: "Zirə"dən ayrıldıqdan sonra sabiq komandam "Qarabağ"dan təklif almışdım. Lakin artıq fərqli ölkədə çıxış etmək istədiyimdən razılaşmadım".

Qeyd edək ki, ölkəmizdə "Qarabağ", "Turan" və AZAL-ın formasını geyinmiş Viktor İqbekoyi 2015-ci ildən bəri "Zirə"nin uğurları üçün çalışıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.