"Albaniyaya təxminən 10 ildən sonra klub səviyyəsində turnirdə oynamaq üçün qayıdacam. Hesab edirəm ki, bu mərhələdə asan komanda yoxdur".
Milli.Az qol.az-a istinadən məlumatına görə, bu sözləri "Qarabağ"ın futbolçusu Ansi Aqolli deyib.
Albaniyalı müdafiəçi ölkəsinin mətbuatına açıqlamasında Çempionlar Liqasının 2-ci təsnifat mərhələsində qarşılaşacaqları "Kukesi" haqda danışıb. Təcrübəli futbolçu Albaniya klubunun gücünə bələd olduğunu bildirib:
"Çempionlar Liqasının seçmə oyunları fərqli bir xüsusiyyətə malikdir. Milli çempionat oyunları kimi deyil. İki oyun - 180 dəqiqə maksimum diqqətli olmalısan ki, mümkün qədər az səhv edəsən. "Kukesi" mərhələləri keçmək təcrübəsi olan bir komandadır. Üç il əvvəl bu turnirdə etdiklərini xatırlayıram. Onlar pley-offa yüksəlmişdilər".
Aqolli Albaniya səfəri öncəsi ölkəsindən yalnız anası ilə danışdığını əlavə edib: "Heç kimlə danışmamamışam. Əlaqə saxladığım bircə anamdır. Hansı ki, Albaniyaya gedəcəyim üçün çox xoşbəxtdir".
Milli.Az