İdman

Fransızlar şokdan ağladılar - 30 nəfər yaralandı

11 İyul 2018 09:13
0 Şərh     Baxış: 2 685
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Fransanın Nitsa şəhərində futbol üzrə 2018-ci il dünya çempionatının yarımfinalında qarşılaşan ölkə millisi ilə Belçika arasında matçın final fitinə bir neçə dəqiqə qalmış yaranan çaxnaşma nəticəsində təqribən 30 nəfər xəsarət alıb.

Milli.Az report-a istinadən xəbər verir ki, ilkin məlumatlara görə, çaxnaşmaya havaya fişəng və ya tüstü şaşkasının atılması səbəb olub. İnsanlar qaçmağa başlayıblar, onlardan bəziləri barlarda gizləniblər, bir çoxları şokdan ağlayıblar.

Küçələrdən birində yerləşən kafenin masa və stulları basabas nəticəsində çevrilib. Hadisə yerinə altı "təcili yardım" briqadası göndərilib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.