İdman

"O, mənim xoşuma gəlir" - Messidən Qrizmann açıqlaması

21 May 2018 14:01
0 Şərh     Baxış: 1 182
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Qrizmann mənim xoşuma gəlir. O, indi ən yaxşılardan biridir.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, bu sözləri "Barselona"nın hücumçusu Lionel Messi deyib. 

Argentinalı ulduz futbolçu "Atletiko"nun yarımmüdafiəçisi Antuan Qrizmannın Kataloniya klubuna keçəcəyi ilə bağlı yayılan xəbərlərə münasibət bildirib:

"Antuanın "Barselona"ya keçib-keçməyəcəyini bilmirəm. Ancaq komandamıza yaxşı futbolçular gələndə buna ancaq sevinirik. Düşünürəm ki, Qrizmann da onlardan biridir".

Qeyd edək ki, mətbuatda Messinin Qrizmanna zəng vuraraq, onu "Barselona"ya gəlməyə razı saldığı haqda məlumatlar da yer alıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.