Bakı Şəhər Halqası Mayaminin Azərbaycan Qran-prisini əvəzləyəcəyinə dair iddialara münasibət bildirib
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
ABŞ-ın Mayami şəhərinin "Formula-1" təqvimində Azərbaycan Qran-prisini əvəzləyəcəyinə dair məlumatların heç bir əsası yoxdur və bu variant mümkün deyil.
Milli.Az xəbər verir ki, bunu report-a açıqlamasında Bakı Şəhər Halqasının (BŞH) Marketinq və Kommunikasiya şöbəsinin rəhbəri Nigar Arpadarai deyib. O bildirib ki, BŞH-nin "Formula-1" rəhbərliyi ilə 2020-ci ilədək müqaviləsi var.
Hazırda bu sözləşmənin daha 5 il müddətinə uzadılması istiqamətində danışıqlar gedir:
"Mövcud müqaviləni nə biz pozmaq istəyirik, nə də "Formula-1"in yeni sahibi "Lyberty Media". Əksinə, bu qurumun icraçı direktoru Çeyz Keri fevralda Bakıya gələrək, "Formula-1"lə anlaşmamızı davam etdirmək istiqamətində müzakirələr aparmışdı".
Azərbaycan Qran-prisinin gələn il "Formula-1" təqvimindən çıxarılacağına dair narahatlığa ehtiyac olmadığını vurğulayan BŞH rəsmisi bunun növbəti mövsümün təqvimdə əksini tapacağını əlavə edib:
"Mayamidəki Qran-pri də şəhər tipli trasda keçiriləcək. Ola bilsin, bu səbəbdən, Mayaminin gələn il Bakını əvəzləyəcəyinə dair iddialar ortaya atılıb. Lakin hazırda Danimarka da Kopenhagen küçələrində Qran Pri keçirməkdə maraqlıdır və hətta bu məqsədlə Bakının təcrübəsini öyrənməyə gəlmişdilər. Bu baxımdan, Qran-pri keçirmək istəyən hər bir şəhərin "Formula-1" rəhbərliyi ilə müqaviləsi olmalıdır. O cümlədən, bizim də qüvvədə olan anlaşmamız mövcuddur".
Qeyd edək ki, Mayami şəhər rəhbərliyi 2019-cu ildən "Formula-1" üzrə Qran-prinin təşkilinə razılıq verib. Lakin Beynəlxalq Avtomobil İdmanı Federasiyası ilə müzakirələrdən sonra yarışın keçirilməsi gerçəkləşə bilər.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Pensiyalar bu tarixdə ödəniləcək
-
Prezident İlham Əliyev Draqan Vladisavljeviçi “Dostluq” ordeni ilə təltif edib
-
İllər əvvəlki fotoları gündəm oldu
-
Mingəçevirdə 27 yaşlı kişi bıçaqlandı
-
Rusiya və Ukrayna ABŞ-ın vasitəçiliyi ilə danışıqlar aparacaq
-
Məşhur türk aparıcı kişi axtarır: “Çox varlı olsun, yaxşı öpməyi bacarsın”
-
Həmin ölkələrdən ödəniş tələb etdi: "Tramp olmasaydı, İsrail mövcud olmazdı"
-
Azərbaycanlı biznesmenin 141 milyonluq mülkünə həbs qoyuldu
-
“Şahzadə Mustafa”dan etiraf
-
Füzuli Rzaquliyev vəfat etdi
-
Xalq artisti göz yaşı tökdü: “Qızımın cehizləri qırmızı lentlə bağlı qalıb” - (Video)
-
Bakıda hərbi orkestrlərin müşayiəti ilə yürüşlər keçirilib - Yenilənib - Foto
-
Bu həftə ən çox qazanacaq BÜRCLƏR
-
Türkiyədə iki yüksək vəzifəli şəxs tutuldu
-
Brüs Uillisin qızından duyğulandıran paylaşım - (Video)
-
800 illik qala 1 avroya satılır - (Foto)
-
Niaqara şəlaləsi Azərbaycan bayrağının rənglərində - (Foto-Video)
-
Özcan Denizin arvadı ağır əməliyyat keçirəcək
-
Sabahın havası açıqlandı
-
Şəbnəm Tovuzlunun makiyajsız halı müzakirə yaratdı - (Video)
-
Maduro həbsxanada Quran oxumağa başlayıb
-
İmişlidə ağır qəza: Ölənlər var
-
“Nvidia”nın rəhbəri xəyanətə görə üzr istədi
-
Prezident İlham Əliyev Kamboca Kralını Müstəqillik Günü münasibətilə təbrik edib





