İdman

Azərbaycan cüdoçuları Tunisdə 15 medal qazandı

22 Aprel 2018 16:50
0 Şərh     Baxış: 725
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Tunisdə yeniyetmə cüdoçular arasında Afrika kuboku uğrunda beynəlxalq turnir keçirilib.

Milli.Az report.az-a istinadən bildirir ki, yarış bu ilin oktyabrında Argentinada baş tutacaq yeniyetmələrin Olimpiadasına lisenziya xalları verir.

Azərbaycan cüdoçuları beynəlxalq turnirdə 5 qızıl, 6 gümüş və 4 bürünc medal qazanıblar. Vüsalə Kərimova (44 kq), Aytac Qardaşxanlı (48 kq), Mirağa Hacıyev (50 kq), Vüqar Talıbov (66 kq), Yaqub İsmayılzadə (90 kq) bütün rəqiblərinə qalib gələrək çempion olub. Səbinə Əliyeva (48 kq), Ülviyyə Bayramova (52 kq), Südabə Ağayeva (63 kq), Nicat Məmmədli (50 kq), İbrahim Ağakişiyev (81 kq), Toğrul Salmanov (+90 kq) gümüş, Fəridə Səfərova (52 kq), Zaməddin Poladov, Nəriman Mirzəyev ( hər ikisi 60 kq) və Hacıbala Cəbrayılov (73 kq) bürünc medal qazanıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.