Divizionda oyun alveri: Könüllü uduzanlar var
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Ölkə çempionatının I divizion son turlarının 5 qarşılaşması AFFA-nın yaratdığı xüsusi komissiyanın diqqət mərkəzindədir.
Milli.Az sportinfo-ya istinadən xəbər verir ki, "Sabah" - "Binə" (5:0), "Xəzər" - "Mil-Muğan" (5:0), MOİK - "Qaradağ Lökbatan" (1:2), "Ağsu" - "Zaqatala" (0:1) və "Turan Tovuz" - "Şüvəlan" (1:0) matçları ciddi müzakirə obyektidir.
AFFA-ya bu matçlarla bağlı UEFA-dan siqnallar gəlib. İlk 2 oyunun bolqollu olacağına böyük pul qoyuluşları edilibsə, digər görüşlərdə konkret olaraq komandalardan birinin qələbəsi "fərqləndirilib".
Amma başqa şübhəli oyunlar da var. Bu baxımdan yenə "Turan Tovuz"la "Ağsu" seçilir. Tovuzluların 18-ci turda evdə "Zaqatala"ya 0:1, daha öncə MOİK-ə 1:2 uduzduğu oyunlar şübhəlidir. Əsgər Abdullayevin yetirmələrinin güclü rəqibləri hətta səfərdə udduğu halda evdə gözlənilməz məğlubiyyətlər alması təsadüfi deyil. Bildiyimizə görə, Tovuzdakı matçda hətta "Zaqatala" futbolçuları özləri şokda imiş. Onlar rəqibin sanki bilərəkdən uduzmaq istəməsini aşkar hiss ediblər.
Rəqibləri ala, onlarla razılaşa bilmədikdə komandaların futbolçularının öz məğlubiyyətlərinə pul qoyub buna nail olması təzə xəbər deyil. Bu baxımdan "Ağsu" da "ixtisaslaşıb". Rüfət Quliyevin yetirmələrinin məğlubiyyətlərinin çoxunu evində alması nağıl deyil. Qışdan sonra 16, 19 və 21-ci turlarda alınan ev yenilgilərindən biri xüsusilə maraqlıdır. Və yenə də bundan faydalanan könüllü təslim olan rəqibin qarşısındakı "Zaqatala" olub.
AFFA bu oyunlara da diqqət yetirsə, pis olmaz. Divizionda oyunlar əsasən, komandaların könüllü məğlubiyyəti ilə əlamətdar olur. Bu baxımdan "Turan Tovuz" və "Ağsu"nun zaqatalalılara tək qollu məğlubiyyətlərinə diqqət edilməlidi. İkinci matç yuxarıda qeyd etdiyimiz siyahıda var, lakin Tovuzdakı görüş də ora əlavə olunmalıdı.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Görən xarab yumurta bilib zibilə atır, biri 15-17 manata satılır
-
“İynə ilə arıqlayanlar "çuxotka"ya oxşayırlar"
-
Pasportları alüminium folyoya bükürlər
-
Saçlarını mineral su ilə yumağa başladılar
-
Satış ömrü çox qısadır - suyunu içən şəfa tapır
-
“Ajda mənim ona rəqib olacağımı düşündü…” - Semiramis Pekkan
-
Dibi tutmuş tavanı belə təmizləyin - Saatlarla sürtməyə ehtiyac yoxdur
-
Demetdən "Eşref tek"in davamında yer almamasına reaksiya
-
Prezident İlham Əliyevin sosial şəbəkə səhifələrində Milli Dirçəliş Günü münasibətilə paylaşım edilib - (Foto)
-
Azərbaycanda Milli Dirçəliş Günü qeyd olunur
-
Azərbaycan millisi 3-cü qolla qalib gəlib - Yenilənib - (Video)
-
“Röya telefonu üzümə bağladı” - Samir Bağırov
-
Ucuz məhsul baha başa gəldi - "Dedi ki, pulu atın göndərirəm" - (Video)
-
Hikmət Hacıyev və Aİ-nin xüsusi nümayəndəsi Azərbaycan-Aİ tərəfdaşlığını müzakirə ediblər
-
İran Hörmüz boğazı yaxınlığında ABŞ-a məxsus PUA-nı vurduğunu açıqlayıb
-
Bakıda yarım əsrdən çox yaşı olan park məhv olur
-
“Məni vursalar, sizin də axırınız çatacaq” - Tramp
-
Bülbülə gölü daşdı, evləri su basdı - (Video)
-
“Çətin gün idi, həkimlərimə təşəkkür edirəm” - Leyla Quliyeva
-
Emin Mahmudov Azərbaycan millisi ilə vidalaşdı - (Video)
-
Kürdəmirdə iki avtomobil toqquşub, 4 nəfər xəsarət alıb
-
Leyla Əliyeva Qaraçuxur İdman Zalının açılışında iştirak edib - (Foto)
-
Şahin Əliyev vəfat etdi - (Foto)
-
Şəmkirdə evdən kişi və qadın meyiti tapılıb





