İdman

"Məğlubiyyətə görə məsuliyyəti öz üzərimə götürürəm"

28 Mart 2018 15:55
0 Şərh     Baxış: 1 145
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

Argentina millisi tarixinin antirekordunu təkrarlayaraq yoldaşlıq oyununda İspaniyaya 1:6 hesabıyla uduzub.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, bu məğlubiyyətdən sonra "albiceleste"nin baş məşqçisi Xorxe Sampaoli təəssüratlarını bölüşüb:

"Birinci hissəni əla oynadıq. 60 dəqiqə yaxşı təsir bağışladıq, amma ispanlarla qarşılaşmada bu kifayət etmir. Biz topa nəzarət edib bu yolla müdafiə olunmaq istəyirdik. İspaniyanın qol imkanları çox oldu. Amma hesab 2:0 olana qədər oyun bərabər idi. Fasilədən sonra onlar bizi əks-hücumlarda tutdu. Rəqib topa nəzarətdə daha effektiv idi.

Nəticəyə görə məsuliyyəti öz üzərimə götürürəm. Çünki komandanı oyuna mən hazırlamışam. Çalışsaq da, imkanlarımızı boşa verdik. Dünya çempionatına hazırlığı davam etdirməli və eyni səhvlərə orda da yol verməməmliyik. Messi paltardəyişmə otağında uşaqları ruhlandırırdı, amma onun yoxluğu özüü göstərdi".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.