İdman

Azərbaycanın U-21 millisi İrlandiya ilə matçın 99-cu dəqiqəsində qol buraxaraq uduzub - VİDEO

28 Mart 2018 07:55
1 Şərh     Baxış: 2 386
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

21 yaşadək futbolçulardan ibarət milli komandamız növbəti oyununa çıxıb.

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, Avropa çempionatının seçmə mərhələsi çərçivəsində növbəti rəqibimiz İrlandiya yığması olub.

5-ci qrupda keçirilən üç qarşılaşmadan biri olan İrlandiya ilə oyun səfərdə baş tutub.

Millimizin yeni baş məşqçisi Rəşad Sadıqovun rəhbərliyi altında ikinci seçmə oyunu 0:1 hesablı məğlubiyyətlə yekunlaşıb. Komandamız matça əlavə olunmuş 9-cu dəqiqədə qapısında qol görüb. 

İlk ciddi sınağını martın 22-də Kosovo ilə səfər görüşündə verən Sadıqovun komandası 0:2 hesablı məğlubiyyətə düçar olmuşdu.

Bu görüş gənclər millimizin seçmə mərhələdə 7-ci matçı olub. Əvvəlki 6 oyunda qələbə üzü görməyən və turnir cədvəlinin sonuncu pilləsində qərarlaşan komandamız bu dəfə də xal hesabını artırmağa nail olmayıb.

AVRO-2019-un seçmə mərhələsi

5-ci qrup

27 mart

İrlandiya - Azərbaycan - 1:0

Qol: Svini, 90+9

Baş hakim: Filip Qlova

Baş hakimin köməkçiləri: Peter Kovaç, Yan Pozor

Dördüncü hakim: Pavol Çmura (hamısı Slovakiya)

Dublin. "Tallaqt" stadionu

İrlandiya: 1. Kiren O'Hara (q), 2. Kore Velan, 3. Danni Keyn, 4. Rayan Sveni, 5. Şaun Donnellan, 6. Deklan Rays, 7. Coşua Kullen (K), 9. Riis Qreqo-Koks, 10. Rayan Manning, 11. Ronan Kurtis, 13. Ceyk Mölreni

Azərbaycan: 12. Kamran İbrahimov (q), 2. Sertan Taşqın, 3. Anton Krivotsyuk, 4. Bəhlul Mustafazadə (K), 5. Elvin Sərkərov, 6. Qismat Alıyev, 8. Budaq Nəsirov, 9. Ramil Şeydayev, 10. Mahir Mədətov, 17. Ozan Can Kökcü, 23. Hacıağa Hacıyev

Turnir cədvəli

1.

Almaniya U21

7

5

1

1

23:6

16

2.

İrlandiya U21

6

4

1

1

10:3

13

3.

Kosovo U21

8

3

2

3

8:8

11

4.

Norveç U21

7

3

2

2

10:9

11

5.

İsrail U21

7

2

1

4

10:16

7

6.

Azərbaycan U21

7

0

1

6

3:22

1

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:
Azərbaycanın U-21 millisi İrlandiya ilə matçın 99-cu dəqiqəsində qol buraxaraq uduzub

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.