İdman

Pxençxan: Yeni Zelandiya medal qazanan ölkələrin sırasına qoşulub

22 Fevral 2018 12:07
0 Şərh     Baxış: 1 051
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Cənubi Koreyanın Pxençxan şəhərindəki XXIII Qış Olimpiya Oyunlarında snoubordun biq-eyr və fristaylın ski-halfpayf növləri üzrə qaliblər müəyyənləşib.

Milli.Az report-a istinadən xəbər verir ki, qadınların snoubord yarışında avstriyalı Anna Qaser qızıl medal qazanıb. ABŞ idmançısı Ceymi Anderson ikinci, yeni zelandiyalı Zoy Sadovski-Sinnott isə üçüncü yeri tutub.

Kişilərin fristayl yarışında ABŞ idmançıları ilk iki pilləni tutublar. Devid Uayz qızıl, Aleks Ferreyra gümüş medal qazanıb. Yeni Zelandiyadan olan Niko Portues isə üçüncü olub. Beləliklə, bu ölkə olimpiadada medal qazananlar sırasına 2 "bürünc"lə qoşulub. 

Qeyd edək ki, Qış Olimpiya Oyunlarına fevralın 25-də yekun vurulacaq. Medal sıralamasında Norveç birinci (33), Almaniya ikinci (24), Kanada isə üçüncü sıradadır (21). İdmançısı fəxri kürsüyə yüksələn ölkələrin sayı 26-dır. 

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.