Cənubi Koreyanın Pxençxan şəhərindəki XXIII Qış Olimpiya Oyunlarında snoubordun biq-eyr və fristaylın ski-halfpayf növləri üzrə qaliblər müəyyənləşib.
Milli.Az report-a istinadən xəbər verir ki, qadınların snoubord yarışında avstriyalı Anna Qaser qızıl medal qazanıb. ABŞ idmançısı Ceymi Anderson ikinci, yeni zelandiyalı Zoy Sadovski-Sinnott isə üçüncü yeri tutub.
Kişilərin fristayl yarışında ABŞ idmançıları ilk iki pilləni tutublar. Devid Uayz qızıl, Aleks Ferreyra gümüş medal qazanıb. Yeni Zelandiyadan olan Niko Portues isə üçüncü olub. Beləliklə, bu ölkə olimpiadada medal qazananlar sırasına 2 "bürünc"lə qoşulub.
Qeyd edək ki, Qış Olimpiya Oyunlarına fevralın 25-də yekun vurulacaq. Medal sıralamasında Norveç birinci (33), Almaniya ikinci (24), Kanada isə üçüncü sıradadır (21). İdmançısı fəxri kürsüyə yüksələn ölkələrin sayı 26-dır.
Milli.Az