İdman

“Beşiktaş” fanatı 127 bilet aldı - İtirdi və “ilişdi”

20 Fevral 2018 18:30
0 Şərh     Baxış: 1 054
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Beşiktaş"ın fanatı Ərdəm Besli qəribə situasiya ilə üzləşib.

Milli.Az komanda.az-a istinadən xəbər verir ki, Ərdəm Çempionlar Liqasının 1/8 finalında "Bavariya" ilə keçiriləcək oyunu dostları ilə birgə izləmək qərarına gəlib. Reqensburqda yaşayan türk bu məqsədlə 127 bilet alıb.

Supermarketdə bazarlıq edən Ərdəm aldığı malları avtomobilin yük yerinə yığarkən, biletləri də maşının damına qoyub. O, yük yerini bağladıqdan sonra avtomobilə əyləşərək evinə qayıdıb.

Yalnız bu vaxt həyat yoldaşı ona biletləri xatırladıb. Ərdəm supermarketə qayıtsa da, nə onun qarşısında, nə də yolda biletləri tapa bilməyib.

O, bundan sonra polisə müraciət edib. Polis araşdırmaya başlayıb. Ancaq bu vaxt Ərdəm özü də "ilişib". Məlum olub ki, o, biletləri rəsmi satış məntəqəsindən almayıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.