İdman

UEFA Kubokunun qalibi "Araz"a rəqib oldu

28 Mart 2010 13:18
Baxış: 160
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Milli.Az xəbər verir ki, Portuqaliyanın Lissabon şəhərində keçirilən püşkatmanın nəticəsinə əsasən, "Araz" futzal üzrə UEFA Kubokunun hazırkı sahibi - İspaniyanın "İntervyu" komandası ilə qarşılaşacaq.

"Araz" - "İntervyu" oyunu aprelin 23-də, Bakı vaxtı ilə saat 21.00-da başlayacaq. Həmin gün, Bakı vaxtı ilə saat 23.30-da, digər yarımfinal cütlüyündə Portuqaliyanın "Benfika" və İtaliyanın "Luparense" komandaları finala yüksəlmək uğrunda mübarizə aparacaq.

Üçüncü yer uğrunda oyun aprelin 25-də, Bakı vaxtı ilə saat 19.00-da, final qarşılaşması isə həmin gün Bakı vaxtı ilə saat 21.30-da başlayacaq.Bütün oyunlar Lissabondakı "Pavilyau du Atlantiku" kompleksində keçiriləcək.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.