"Azərbaycanda bu cür beynəlxalq turnirinin keçirilməsini yüksək qiymətləndirirəm. Çox şadıq ki, ilk dəfə keçirilən "Jalə" turnirində iştirak etdik və mükafatçılar sırasında olduq".
Bu fikirləri apasport.az saytına açıqlamasında Gürcüstanın "Spartak" klubunun baş məşqçisi Badri Kvaratsxeliya deyib.
Futbolçu karyerasının ən yaxşı illərini ölkəmizdə keçirən gürcü hücumçu 3 dəfə Azərbaycan çempionu olub. Çempionatımızda ən çox qol vuran legioner olan Badri sonradan milliləşdirilərək yığmamıza cəlb edildi. Kvaratsxeliya bu dəfə ölkəmizə Sxinvali təmsilçisinin baş məşqçisi kimi gəldi.
Qəbələdə keçirilən 1-ci "Jalə" Beynəlxalq Futbol Turnirində 3-cü yeri tutan "Spartak"ın 46 yaşlı çalışdırıcı ona yaxşı tanış olan "Kəpəz"ə uduzduğundan, finala çıxa bilmədi. Belə ki, Kvaratsxeliya onu 1998-ci ildə ölkəmizə gətirən Gəncə təmsilçisinin baş məşqçisi Mehman Allahverdiyevə uduzdu.
Gürcü çalışdırıcının fikrincə, yorğunluq, oyunların isti havada keçirilməsi nəticəyə təsir göstərib: "2 gündə 2 dəfə meydana çıxmalı olduq. Hər ikisində səhər saat 10-da. Bu üzdən futbolçular səhər saat 7-də yuxudan durmalı olurdu ki, oyuna hazırlaşsınlar. Turnirdəki nəticə bizim üçün prinsipial əhəmiyyət daşımırdı. Gələn həftəsonu çempionatımız başlayır və bu, bizim üçün yaxşı bir hazırlıq idi. Gələcəkdə də bizi turnirə dəvət etsələr, məmnuniyyətlə gələrik. Onun ənənə halını alıb, iştirakçıların sayının çox, mübarizənin qruplarla keçirilməsini arzulayardım. Bu zaman turnir iştirakçıları belə sıx qrafikdə oynamazlar".
"Spartak" 3-cü yer uğrunda "Qəbələ"yə 1:0 hesabı ilə qalib gəlib. Kvaratsxeliya üçün turnirdə nəticə nə qədər önəmli olmasa da, hər halda, Toni Adams kimi dünyaca məşhur həmkarına qalib gəlməyinə öyünə bilər: "Əlbəttə, Toni Adamsın komandasına qalib gəldiyimə görə şadam. Bu, məni məmnun etdi. Ancaq "Qəbələ" turnirdə sonuncu olsa belə, onu "Kəpəz"dən zəif saymazdım. Əksinə, meydan sahiblərinin oyununu çox bəyəndim. Fikrimcə, biz onları istək və bəxtin hesabına yendik".
Gürcü çalışdırıcı "Qəbələ"ni çempionluğa uğrunda mübarizə apara biləcək bir komanda sayır: "Mən komandada bu potensialı görürəm. "Qəbələ" müasir futbol oynayır və çempionluğa mübarizə aparacaq gücdədir. Heyətində səviyyəli futbolçular, legionerlər cəmləşib. "Qəbələ"nin futbolçuları meydanda peşəkar oyun göstərirlər. Meydanda ağıllı oynayır, təhlükəli hücumlar təşkil edirlər. Onlar elə oynayırlar ki, bu, müasir futbolun tələblərinə cavab verir. İndi bütün dünyada kollektiv oyun göstərirlər. Texnikaya üstünlük verib, bir neçə futbolçu keçməklə, nəticə qazanmaq olmur".
Kvaratsxeliya Qəbələdə gördüklərinə heyran qalıb. O, klubun yaratdığı infrastruktur, yaşıl örtüklü meydançaları çox bəyənib: "Rəhbərliyə bu cür şərait yaratdığına görə minnətdaram. "Qəbələ" mənə yaxşı tanış klubdur. Hələ komandanı Ramiz Məmmədov komandanı çalışdırarkən, onunla əməkdaşlıq etmişəm. Ancaq bu, qeyri-rəsmi idi, sənəd üzərində nəzərdə tutulmamışdı. Sadəcə, dostum Ramizə kömək edirdim. Həmin vaxt "Qəbələ" ilə əməkdaşlığımız uzun müddət davam edə bilmədi. Çünki oğlum xəstələndiyimdən, Gürcüstan qayıtmalı oldum".
Futbolçu karyerasını ölkəmizdə "Şəmkir"in heyətində bitirən, sonradan "Standard" klubuna əvvəlcə köməkçi məşqçi, sonradan baş məşqçi işləyən Kvaratsxeliya yenidən ölkəmizdə çalışmaq variantına belə münasibət bildirdi: "Bu, məndən asılı deyil. "Spartak"la 1 illik müqaviləm var. Yaxşı komandamız var, işimdən razıyam. Yenidən Azərbaycanda işləməyim üçün ilk növbədə olmalı, buna baxıb, fikir bildirməlisən. Azərbaycan mənim üçün doğmadır. Qəbələdə çoxlu tanışlarımla, məni "Kəpəz"ə gətirən Mehman Allahverdiyevlə görüşmək imkanı qazandım. Burada 2 klubda oynamışam. "Kəpəz" ilk klubum olub. Ancaq Azərbaycanda ən çox azarkeşlik etdiyim komanda "Şəmkir"dir. Gələcəkdə mənə doğma olan bu komandanın da belə turnirlərdə dəvət olunub, çıxış etməsini istərdim".
Qeyd edək ki, Badri ilk Azərbaycan çempionluğu "Kəpəz"də sonrakı 2-ni "Şəmkir"də qazanıb.
Milli.Az
İdman
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən
Badri Kvaratsxeliya: ""Qəbələ" çempionluğa oynaya biləcək gücdədir"
2 Avqust 2011 07:27
Baxış: 306

DİGƏR XƏBƏRLƏR
-
Həbib azərbaycanlı nazirlərlə bir arada - FOTO
-
Şahruddindən baxımlı qol - VİDEO
-
Azərbaycan klubu bütün futbolçularını göndərdi
-
Qərbi Azərbaycan kuboku uğrunda 2-ci mini futbol turniri keçirilir - FOTO
-
Sadəcə inanılmaz bir yerdir - UFC əfsanəsi Bakıya heyran qaldı - VİDEO
-
"Qalatasaray" ulduzu karyerasına nöqtə qoydu
XƏBƏR LENTİ
-
Məhərrəm ayı qabağı qızıl bazarında vəziyyət necədir? - VİDEO
-
Yayda şans bu bürclərin üzünə güləcək
-
Moruqla arıqlaya bilərsiniz
-
Paltaryuyan maşından gələn qoxunun qarşısını necə almaq olar?
-
“Yalı Çapkını”nın ulduzu brendlə 86 min manatlıq müqavilə imzaladı
-
Kondisioner alarkən bu nüanslara diqqət edin
-
Yer kürəsinin nüvəsindəki gözlənilməz kəşf alimlərin kainat anlayışını dəyişdirdi
-
Həyat və ölüm arasında üçüncü mərhələ də var?
-
Tramp: İran gözlədiyimizdən zəif reaksiya verdi
-
Nişan mərasimində DAVA - 3 nəfər SAXLANILDI - VİDEO
-
Həbib azərbaycanlı nazirlərlə bir arada - FOTO
-
Bakıdan uçan bir sıra reyslərin marşrutu dəyişdi
-
Günün qoroskopu: Emosiyalarla yox, məntiqlə hərəkət edin
-
Mədəniyyət Nazirliyi Anarın tənqidlərinə cavab verdi
-
Xamenei: İran özünə qarşı da təcavüzə yol verməyəcək
-
AZAL-ın Bakı-Dəmmam istiqaməti üzrə reysi geri dönüb
-
Tramp: İranın Bəhreyn və İraqdakı ABŞ bazalarına hücum edəcəyi gözlənilir
-
Bəzi ərazilərdə işıq olmayacaq
-
Axundun qaçırdığı 16 yaşlı qızın ailəsində faciə baş verib: Hadisənin detalları
-
"Ona "sevgilim" deyirdim" - FOTO
-
Xameneinin yerinə varis seçilir - İki namizəd var
-
İran təcili bəyanat yaydı
-
Qətərdən İranın hücumu ilə bağlı ilk açıqlama
-
Şahruddindən baxımlı qol - VİDEO