İdman

Avtomobili atəşə tutulan futbolçunu mühafizəçi qoruyacaq

7 Dekabr 2017 17:22
0 Şərh     Baxış: 871
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Kiyev "Dinamo"su komandanın futbolçusu Denis Qarmaş və ailəsini mühafizəçi ilə təmin edib.

Milli.Az report-a istinadən xəbər verir ki, 27 yaşlı yarımmüdafiəçinin özü və yaxınlarının həyatı üçün təhlükə yarandığına görə bu cür addım atılıb.

Dekabrın 5-də 2 nəfər naməlum şəxs Ukrayna yığmasının üzvünün avtomobilini avtomatdan atəşə tutub. Nəqliyyat vasitəsinə 14 güllə dəysə də, həmin vaxt içində heç kim olmadığı üçün xəsarət alan olmayıb. İnsidentin D.Qarmaşın totalizatorlara borcu olduğu üçün baş verdiyi söylənilir. Futbolçu özü isə bu məlumatı təkzib edib.

Qeyd edək ki, hadisə ilə bağlı cinayət işi açılıb.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.