"Zirə" komandası Azərbaycan Premyer Liqasının XI turunda "Neftçi" ilə keçirəcəyi oyuna futbolçu itkiləri ilə çıxacaq.
Milli.Az report-a istinadən xəbər verir ki, bir müddətdir zədəli olan Anar Nəzirov və Orxan Əliyevdən əlavə, Qabriel Matey, Milan Duriç və Nicat Qurbanov da qarşıdakı görüşü buraxacaqlar.
Matey "Qəbələ" ilə X tur matçından əvvəl məşqdə, Duriç görüş zamanı zədələnib. Qurbanovun isə soyuqdəyməsi var.
Əvəzində Yusif Nəbiyev və Murad Səttarlı məşqlərə başlayıb. Şans veriləcəyi təqdirdə, onların "Neftçi"yə qarşı oynayacaqları gözlənilir.
Qeyd edək ki, noyabrın 5-də Zirə İdman Kompleksində təşkil olunacaq qarşılaşma saat 17:00-da başlanacaq. Hazırda "Zirə" 21 xalla 2-ci, son 4 oyundan qalib ayrılan "Neftçi" isə 13 xalla 4-cüdür.
Milli.Az
Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində