"Keşlə" üçün uğursuz debüt - YENİLƏNİB
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
16:53
Futbol üzrə Azərbaycan Premyer Liqasında X turun daha bir görüşü keçirilib.
Milli.Az goal.az-a istinadən xəbər verir ki, ikinci oyun günüdə "Keşlə" "Kəpəz"i qəbul edib. Qarşılaşma qonaqların 2:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Cari çempionatda 2-ci qalibiyyətini əldə edən Gəncə təmsilçisi xallarını 7-ə çatdırsa da, sonunc pillədən qurtula bilməyib. "Kəpəz" bu gün məğlub etdiyi "Keşlə"dən 1 xal və 1 pillə geri qalır.
Qeyd edək ki, ilk oyun günündə "Qarabağ" "Səbail"i məğlub edib - 1:0. Bu gün keçiriləcək "Zirə" - "Qəbələ" matçı isə saat 17:00-da start götürəcək. Tura oktyabrın 29-da "Neftçi" - "Sumqayıt" qarşılaşması ilə yekun vurulacaq.
Azərbaycan Premyer Liqası, X tur
28 oktyabr (şənbə)
15:00. "Keşlə" - "Kəpəz" 0:2
Qollar: Viktor Oseqeyl, 15. İlyas Səfərzadə, 64
--------
10:19
Futbol üzrə Azərbaycan Premyer Liqasında X tur davam edir.
Milli.Az Report-a istinadən xəbər verir ki, ikinci oyun günündə iki matç baş tutacaq.
İlk görüş "İnter Arena"da olacaq. Burada "İnter" "Keşlə" adı altında "siftə edəcək". Rəqib isə sonuncu pillədə qərarlaşan "Kəpəz"dir.
Zaur Svandadzenin rəhbərlik etdiyi kollektiv birinci dövrədə Gəncə təmsilçisini 3:2 hesabı ilə məğlub edib və bu qarşılaşmanın da favoriti hesab edilir. Hazırda 8 xalla 7-ci sırada yer alan "İnter" çempionat matçlarının balansında da rəqibindən üstündür. Bakılılar əvvəlki 27 oyundan 16-da qalib gəlib, 5-də uduzub.
Ümumiyyətlə, son 3 görüşdə meydan sahibi olan tərəf qalib gəlib. Komandalar səfər duelində 9 matçdır qələbə qazana bilmir. "Kəpəz" son 14 oyunda 1 dəfə 3 xala sevinib.
Günün digər dueli iddialılar - 19 xalla ikinci sırada olan "Qəbələ" ilə ondan bir xal və bir pillə geri qalan "Zirə" arasında reallaşacaq. Bu kollektivlərin son 3 qarşılaşmasıda heç-heçə qeydə alınıb. Qəsəbə təmsilçisi ilk dövrədə səfər oyununun 74-cü dəqiqəsində Viktor İqbekoyinin qolu ilə önə keçsə də, Cavid Hüseynov 90+1-ci dəqiqədə hesabı bərabərləşdirib.
"Zirə" 6 oyundur "qırmızı-qaralar"ı məğlub edə bilmir. "Qəbələ" isə 7 matçdır meydanı qolsuz tərk etmir. Zirəlilər əvvəlki 9 oyundan 2-də qalib gəlsə də, 3 dəfə uduzub.
Qeyd edək ki, X tura oktyabrın 29-da keçiriləcək "Neftçi" - "Sumqayıt" qarşılaşması ilə yekun vurulacaq.
Azərbaycan Premyer Liqası X tur
28 oktyabr (şənbə)
15:00. "İnter" - "Kəpəz"
Hakimlər: Orxan Məmmədov, Elman Musayev, Knyaz Əmiraslanov, Elvin Əsgərov
AFFA nümayəndəsi: Zamiq Hüseynov
Hakim-inspektor: Asim Xudiyev
"İnter Arena"
17:00. "Zirə" - "Qəbələ"
Hakimlər: Fariz Yusifov, Azər Əsgərov, Mübariz Haşımov, Əliyar Ağayev
AFFA nümayəndəsi: Seymur Səlimli
Hakim-inspektor: Vüsal Əliyev
Zirə İdman Kompleksinin stadionu
Milli.Az
Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Dünya bazarlarında neftin qiyməti dəyişdi
-
İşə maşınla getmək istəyənlərin diqqətinə
-
Həkimə getməzdən əvvəl bunları etməyin: analizlərin nəticəsini dəyişə bilən səhvlər
-
Naringi qabıqlarını atmayın: Evdə və mətbəxdə faydalı istifadə üsulları
-
Noyabrın “əsas qəhrəman” bürcləri
-
Tənhalıq demensiya riskini artırır
-
Mədə sancısı və krampa qarşı təsirli bitki çayı
-
iPhone istifadəçiləri bu funksiyanı mütləq aktivləşdirin
-
Almanın üzərinə bir çimdik əlavə edin: faydası birə beş artır
-
Elektromobil idarə edənlərə batareya ilə bağlı qızıl məsləhət - (Video)
-
“Mustafa”nın yeni layihəsi bəlli oldu
-
Günün qoroskopu: Hər kəsin yükünü üzərinizə götürməyin
-
Rusiya ilə dost ola bilərik - Zelenski
-
Melaniya Tramp: Ukrayna ilə bağlı yeni razılaşma üzərində işləyirik
-
Saxta pulu həqiqi puldan necə ayırmaq olar? - (Video)
-
“Nvidia”nın həmtəsisçisi vəzifəsinə qayıtdı, bitkoin bahalaşdı
-
Şəmkirdə parçalanmış meyiti tapılan şəxsin kimliyi məlum olub
-
COP31 çərçivəsində mühüm nəticələr əldə olunub - Yalçın Rəfiyev
-
Adanın qəzaya düşərək həlak olduğu avtomobilin son halı - (Video)
-
Əməkdar müəllim faciəvi şəkildə öldü
-
"Barselona" Bakıya gəlib - (Video)
-
Alyona Əliyeva DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzini ziyarət edib - (Foto)
-
Qarabağ Universitetindən tələbələrin davası ilə bağlı açıqlama
-
Sabah Qazaxda qaz kəsiləcək





