İdman

Ukrayna Futbol Federasiyası Kollina ilə yolları ayırıb

22 Avqust 2017 13:08
1 Şərh     Baxış: 1 193
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Məşhur italiyalı sabiq referi Pyerluici Kollina Ukrayna Futbol Federasiyasının (FFU) Hakimlər komitəsinin kuratoru postunu tərk edib.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, "Futbol 24" telekanalının yaydığı məlumatda bildirilir ki, FFU qarşılıqlı razılıq əsasında 57 yaşlı mütəxəssislə vidalaşıb.

Qeyd edək ki, Pyerluici Kollina 2010-cu ildən bu vəzifədə çalışırdı. O, həmçinin FİFA Hakimlər komitəsinin rəhbəridir. 2002-ci il dünya çempionatının və 1999-cu ildə Çempionlar Liqasının finalını idarə edən italiyalı 6 dəfə dünyanın ən yaxşı futbol hakimi seçilib.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.