İdman

"Beşiktaş"ın rəqibi azarkeşsiz oynayacaq

17 Avqust 2017 18:58
0 Şərh     Baxış: 883
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Türkiyənin "Bursaspor" klubu Super Liqanın 3-cü turu çərçivəsində qarşılaşacağı "Beşiktaş"la səfər oyununda azarkeşlərinin dəstəyindən məhrum olacaq.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, Bursa təmsilçisinin yaydığı rəsmi açıqlamada bildirilir ki, dövlət təhlükəsizlik orqanlarının tələbi ilə "Beşiktaş"ın "Vodafone Park" stadionunda keçiriləcək oyunda bursalı tərəfdarlar arenaya buraxılmayacaq. Bu, o qədər də isti münasibətdə olmayan iki komandanın tərəfdarları arasında mümkün qarşıdurmanın qarşısını almaq məqsədilə qərara alınıb.

Xatırladaq ki, "Beşiktaş" və "Bursaspor" tərəfdarları əvvəlki mövsümlərdə baş tutan oyunlarda bir neçə dəfə kütləvi davaya səbəb olduqlarından çıxış yolu belə görülüb.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.