Milli.Az bildirir ki, öz meydanında "Şerif"lə qolsuz bərabərliyə razılaşan "Qarabağ"ın vitse-prezidenti Tahir Gözəl görüş başa çatandan sonra apasport.az-in da suallarını cavablandırıb.
- Matçla bağlı nə deyə bilərsiniz?
- Rəqibin təcrübəli, Avrokuboklarda çox oynamış komanda olduğunu bilirdik. Ancaq bu axşam çox intizamlı, aqressiv, səliqəli müdafiə olunan bir kollektiv gördük. Eyni zamanda əks-hücumda da çox sürətli idilər. "Qarabağ" da yaxşı oynadı. Klubumdan çox razıyam. Buna baxmayaraq, alınmadı
- Oyundan əvvəl hansı nəticəni düşünürdünüz?
- Səmimi deyirəm ki, ən az iki qol vuracağımızı düşünürdüm. Ancaq rəqib yaman qapalı oynadı. İlk saniyədən bilinirdi ki, bərabərliyə gəliblər. Ona da nail oldular.
- Səfər oyunu haqqında nə düşünürsüz?
- Daha çətin olacaq. Öz meydanında çıxış edən təcrübəli komandanı yarışdan kənarlaşdırmaq çətindi. Bu gün isə "Qarabağ"ın əzici üstünlüyü var idi. Sadəcə, bəxtimiz gətirmədi. Bir-iki epizodda onların qapıçısı möhtəşəm qurtarışlar etdi. Bizim müdafiəmiz də əla idi bu gün. Makism çox yaxşı oynayırdı.
- Sizcə qələbə üçün nə çatmadı?
- Bu gün bizdə sadəcə bəxt çatmadı.
- Nəticə sizdə razılıq yaratmadı...
- Bu oyun keyfiyyəti ilə əsla. Komandam çox güclüdü. Hərdən soruşursuz ki, transfer lazımdımı. Mən deyirəm ki, xeyr. Çünki bizim yeni oyunçuya ehtiyacımız yoxdu. Ancaq yenə də qapımız həmişə açıqdı. Yeni oyunçular həmişə lazım olacaq.
- Oyun ərzində "Hardasan ay kapitan?" deyə düşündünüzmü?
- Onu gözüm çox axtardı, çox. Onun yeri həmişə görünür.
- Yeni transferin zədələnməsi narahatlıq yaratdımı?
- Çox narahat olduq. Yeni oyunçudu, yeni həyəcandı.
Milli.Az