Gürcüstan

Zurabişvili hökuməti hədələdi - dekabrın 29-dan sonra...

23 Dekabr 2024 21:43
Baxış: 512
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Gürcüstan Prezidenti Salome Zurabişvili ölkə rəsmilərini 29 dekabradək növbədənkənar parlament seçkiləri elan edilməyəcəyi təqdirdə, "rejimin çöküşü" ilə hədələyib.

Milli.Az xəbər verir ki, Prezident videomüraciətində bunun dialoqun alternativi olduğunu deyib.

"Rejimin çöküşü" dialoqa, kompromisslərə, güzəştlərə alternativdir. Güzəştlər lazımdır, bəzi şeyləri etiraf etmək lazımdır, kompromisslər lazımdır. Əks halda rejim yıxılacaq", - Salome Zurabişvili videomüraciətində bildirib.

Prezident hamını ikinci mərhələyə hazır olmağa çağırıb. O, dekabrın 29-dan sonra da ölkənin legitim prezidenti qalacağını bəyan edib. /APA


Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.