İdman

Rinat Dasayev: "Van Bastenin zərbəsini qaytara bilərdim"

14 İyun 2017 08:59
0 Şərh     Baxış: 1 557
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Rusiya "Spartak"ının əfsanəvi qapıçısı Rinat Dasayev SSRİ yığması ilə bağlı ən parlaq xatirələrini bölüşüb. Milli.Az goal.az-a istinadən xəbər verir ki, dünən 60 yaşı tamamlanan Dasayev UEFA-nın rəsmi saytına açıqlamasında 1982 və 1986-cı il dünya çempionatlarında əla komandaya malik olduqlarını vurğulayıb.

Onun fikrincə, həmin kollektiv mükafatlara layiq yerlərə iddia edə bilərdi. Yubilyar 1988-ci il Avropa çempionatında Hollandiyaya 0:2 hesabı ilə uduzduqları final oyununu da yada salıb: "Biz gümüş medal qazansaq da, Hollandiyadan çox şanslı idik. Amma rəqib təsadüfi qollar vurdu. Bilirsiniz, uğur güclülərə kömək edir. Nə etmək olar? O vaxt uğur rəqibin tərəfində idi".

Dasayev Marko van Bastenin vurduğu ikinci qol zamanı topu qaytara bilməməsinin səbəbini də açıqlayıb: "İstənilən zərbəni dəf etmək olar. Yəni, mövqe seçib uçuş trayektoriyasını hesablamaq mümkündür. Van Bastenin zərbəsi istisna deyil, onu qaytara bilərdim. Bəli, top qövsvari, amma sürətlə uçdu. Düşündüm ki, yandan keçəcək. Ola bilsin, tutduğum mövqe komandanı xilas etmək baxımından elə də doğru deyildi".

Qeyd edək ki, Hollandiya ilə final matçında SSRİ yığmasının qapısına ilk qolu Ruud Qullit vurub.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.