İdman

Şarapova olimpiadada iştirak etməyəcək

11 İyul 2016 14:59
1 Şərh     Baxış: 1 119
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İdman Arbitraj Məhkəməsi (CAS) rusiyalı tennisçi Mariya Şarapovanın 2 illik diskvalifikasiyadan apellyasiyası üzrə qərarı təxirə salıb. 

Milli.Az Report-a istinadən xəbər verir ki, tərəflərə dinləmələrə hazırlıq üçün əlavə vaxt lazım gəlib.

Habelə, cədvəlin tərtib olunması zamanı münaqişələr yaranıb. Şarapovanın işi ilə bağlı qərar sentyabrın 19-da çıxarılacaq. Beləliklə, rusiyalı tennisçi cari il avqustun 5-21-də keçiriləcək Rio-de-Janeyro Yay Olimpiya Oyunlarını buraxmalı olacaq.

Qeyd edək ki, Mariya Şarapova orqanizmindən meldonium preparatı aşkarlandığı üçün cəzaya məruz qalıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.