İdman

"Qarabağ"ın istədiyi futbolçu Türkiyədə qaldı

29 Dekabr 2015 10:51
1 Şərh     Baxış: 1 215
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Əskişəhərspor"dan ayrılan Muarem Muaremin yeni komandası bəlli olub.

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, "Qarabağ"a qayıdacağı deyilən makedoniyalı yarımmüdafiəçi fərqli qərar qəbul edib.

Belə ki, Muarem Türkiyədə qalmağı lazım bilib. O, PTT I Liqada çıxış edən "Yeni Malatyaspor" klubu ilə anlaşıb. Malatya təmsilçisi ilə hər məsələdə razılığa gələn futbolçunun yeni komandasının Antalya hazırlığına qoşulacağı gözlənilir.
 
Karyerası ərzində "Rabotniçki", "Teteks", "Orduspor" klublarının da formasını geyinmiş Muarem 2012-2015-ci illər ərzində "Qarabağ"ın uğurları üçün çalışıb. O, Ağdam klubunun heyətində 127 oyunda 21 qola imza atıb. 

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.