Ötən ilin idman uğurları
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Yola saldığımız 2015-ci il Azərbaycan idmanında da uğurlarla yadda qalacaq. Ölkəmiz ayrı-ayrı illərdə dünya miqyaslı bir sıra mötəbər yarışlara ev sahibliyi etsə də, son günlərini yaşadığımız il Azərbaycan idmanında daha əhəmiyyətli oldu. Çünki köhnə qitədə ilk dəfə təşkil olunan Avropa Oyunlarının keçirilməsi Odlar yurduna həvalə edilmişdi. Kəpəz TV (Region TV) xəbər verir ki, Azərbaycan öz növbəsində Avropanın ona göstərdiyi etimadı boşa verməyərək bu yarışları yüksək səviyyədə təşkil etdi. Hətta gözoxşayan açılış və rəngarəng bağlanış mərasimindən bütün dünya danışdı. Qarşıda əməkdaşımızın Bakı 2015 I Avropa oyunları haqda hazırladığı süjetdə yaddaşlara həkk olunan həmin anları bir daha xatırlayacağıq.
Hələ Avropa Oyunları başlamazdan əvvəl ölkəmizdə qitə yarışının ab-havası duyulurdu. Bakı-2015-in rəmzi alovu öncə Azərbaycanın 60 şəhər və rayonunda qarış-qarış gəzdirilirdi. Oyunların məşəli hansı bölgəni dolaşırdısa, həmin məkanda sakinlər tərəfindən böyük coşqu və izdihamla qarşılanırdı.
Nəhayət, iyunun 12-dən 28-dək - 17 gün ərzində köhnə qitənin idman mərkəzinə çevrilən Bakıda elə ilk gün təşkil olunan açılış mərasimi bütün dünyada marağa səbəb oldu. Ölkəmiz bu möhtəşəm idman tədbirinə uğurla start verərək uzun illər danışılacaq oyunların təməlini qoydu.
Bakı 2015 ilk Avropa Oyunlarının açılış mərasimi möhtəşəmliyi ilə yarışların həyəcanını daha da artırdı. Digər mərasimlərə bənzəməyən, fərqliliyi ilə seçilən açılış tədbiri nəinki olimpiya oyunlarından geri qalması, hətta müxtəlifliyi ilə planetin ən böyük yarışını qabaqladı.
Avropa Oyunlarının sonrakı günlərində tamaşaçılar bir-birindən maraqlı mübarizələrə şahidlik etdilər. 20 idman növü üzrə keçirilən oyunlar ən müasir standartlara cavab verən, bəziləri isə sırf oyunlar üçün inşa olunan 21 idman obyektində reallaşdı.
"Bakı-2015"də qitənin 50 ölkəsindən olan 6000-dən artıq idmançı 253 dəst medal uğrunda mübarizə apardı. Avropa Oyunlarında bəzi idman növləri üzrə yarışların gələn il Braziliyada keçiriləcək Yay Olimpiya Oyunlarına lisenziya imkanı yaratması Avropa oyunlarının əhəmiyyətini daha da artırmışdı.
Ölkəmiz ev sahibliyi etdiyi yarışda 290 atletlə təmsil olunurdu. Yarışlarda Azərbaycan idmançıları 21 qızıl, 15 gümüş və 20 bürünc medal qazanmaqla kifayət qədər uğurlu nəticələrə imza atdı. Bu göstərici ilə Avropa ölkələri arasında qeyri-rəsmi komanda sıralamasında Azərbaycan ikinci yeri tutdu.
Bakı-2015 I Avropa Oyunlarında Azərbaycan millisinin qazandığı uğurun əsas səbəbkarı kişi idmançılar oldular. Güclü cinsin nümayəndələri mübarizələrdə 42 mükafata yiyələndi. Onlar 18 qızıl, 10 gümüş və 14 bürünc medalla bu siyahıda yalnız Rusiyadan geri qaldılar. Qadınların yarışında isə Azərbaycan yığması 3 qızıl, 5 gümüş və 6 bürünc olmaqla 14 medala sahib çıxaraq 13-cü pillədə qərarlaşdı.
Azərbaycan Avropa oyunlarında ölkəmiz üçün ənənəvi olan idman növlərində hegemonluğunu ortaya qoymaqla gücünü bir daha göstərdi. 15 çəki dərəcəsində mübarizə aparan boksçuların yarışında yığmamız 11 medal qazandı. Hesabında 6 qızıl, 1 gümüş və 4 bürünc mükafat olan komandamız bu göstərici ilə bütün ölkələri üstələdi. Ən parlaq uğura isə güləşçilərimiz imza atdılar. Yarışlarda 15 mükafat qazanan pəhləvanlar ümumilikdə Azərbaycanın aktivinə 6 qızıl, 2 gümüş və 7 bürünc medal yazdırdılar.
Son illər populyarlıq qazanan və artıq iri addımlarla ənənəvi idman növləri sırasına daxil olan taekvondo yarışlarında da ölkəmiz qeyri-rəsmi komanda sıralamasında ilk pilləni heç bir ölkəyə güzəştə getməyərək Avropa Oyunlarının ən yaxşısı adına yiyələndi. Hesabında 3 qızıl, 1 gümüş və 1 bürünc olan millimiz mükafat qazanan 13 ölkə arasında birinci yerə çıxdı.
Olimpiya oyunlarına daxil olmayan növlərdə də Azərbaycan idmançıları öz sözlərini layiqincə dedilər. Sambo yarışlarında təmsilçilərimiz 4 gümüş medal əldə etdilər. Bakı 2015-də 4 qeyri-olimpiya idman növündən biri olan karatedə isə idmançılarımız 6 mükafatla yadda qaldılar. Onlar ilk dəfə düzənlənən oyunların siyahısına salınan bu döyüş növü üzrə mübarizələrdə 4 qızıl və 2 bürünc medala sahib oldular.
Bakı-2015 Avropa oyunlarının bağlanış mərasimi də bənzərsizliyi ilə diqqət çəkdi. Bütün dünyada yaxşı mənada səs-küyə səbəb olan yarışların son günü özünəməxsusluğu ilə bağlanış mərasimləri arasında təkrarolunmaz iz qoydu.
Avropa oyunları başa çatdıqdan sonra isə Azərbaycan prezidenti İlham Əliyev qitə oyunlarında mükafatçı olan idmançılarımız, onların məşqçiləri, Azərbaycan idman ictimaiyyətinin nümayəndələri və oyunların təşkilində xidmətləri olan xarici tərəfdaşlarla görüşdə iştirak etdi. Tədbirdə Birinci Avropa Oyunlarının keçirilməsində xüsusi xidmətləri olan şəxslər, "Bakı-2015"də uğurla çıxış edən idmançılar, onların məşqçiləri, idman federasiyalarının sədrləri "Azərbaycan Respublikası prezidentinin fəxri diplomu", "Şöhrət", "Dostluq", 2-ci dərəcəli "Vətənə xidmətə görə" ordenləri və "Tərəqqi" medalı ilə təltif edildilər. Bu, dövlətimizin, ölkə prezidentinin idmana və idmançılara göstərdiyi diqqət və qayğının ən yüksək təzahürü idi.
Azərbaycan Bakı 2015 Avropa Oyunlarına ev sahibliyi etməklə qitənin idman səhifəsinə özünün adını qızıl hərflərlə yazdırdı və bir daha sübut etdi ki, Odlar yurdu nəinki bu tipli yarışların, hətta 4 illiyin ən mötəbər idman tədbiri hesab olunan Yay Olimpiya Oyunlarını da ən yüksək səviyyədə keçirməyə qadirdir.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Baş məşqçi Argentina ilə matçdan öncə gözlənilməz qərar verdi
-
Kanada Mərakeşə qarşı
-
Cokoviç Federerə şərik oldu
-
Zamiq Bodrumda oğlunu Fatih Terimlə görüşdürdü - (Foto)
-
Ronaldo matç öncəsi görüntüsü ilə müzakirə yaratdı: Təkcə su içirəm demişdi... - (Video)
-
DÇ-2026: Kanada Mərakeşə, Paraqvay Fransaya qarşı
XƏBƏR LENTİ
-
Fatiməni qətlə yetirən şəxs Türkiyədə saxlanıldı
-
Baş məşqçi Argentina ilə matçdan öncə gözlənilməz qərar verdi
-
İsmayıllıda ağır qəzada ölən həkimin (Fotosu)
-
Kanada Mərakeşə qarşı
-
ATƏT PA-da Azərbaycan Belarusa dəstəyini ifadə edib
-
İçərişəhərdəki Qoşa Qalada açıq hava məkanında Shahin Novrasli Festival açıldı - FOTO
-
"Arzum" ilk dəfə danışdı: "Hələ də şokdayam"
-
Ermənistanda seçki mübahisəsinə son qoyuldu
-
Ağdamda Ata və azyaşlı övladı öldü - Yenilənib
-
Çin şirkəti "Louis Vuitton"a 1,5 milyon dollar təzminat ödəyəcək
-
Evdə bu 5 əşya varsa, kasıblıq qaçılmazdır
-
Əməkdar artist: "2 dəfə səs tellərimdən əməliyyat olundum"
-
Küləklə bağlı xəbərdarlıq edildi
-
Yasamalda evdə baş verən partlayışın anbaan (Videosu)
-
Zelenski Putinə bu şəhərdə görüşməyi təklif etdi
-
7-ci sinif şagirdi vəfat etdi
-
Tramp Tokio səmasında
-
Cokoviç Federerə şərik oldu
-
İndoneziyada oğruları görün günə saldılar
-
Avtomobilin təkəri qopdu, bloqer Nigarın “Range Rover”inə dəydi - (Video)
-
“Necə belə adama ərə getmişəm, nələr çəkirəm“
-
Manaf Ağayevin saxlanılması xəbəri yayıldı
-
Qumralın bu görüntüsü müzakirə yaratdı – (Video)
-
İstanbulun bir hissəsini su basdı - (Foto)





