Park Bulvar və Day.Az Olimpiya ulduzları ilə görüşə dəvət edirlər - Övladlarınızı da gətirin - YENİLƏNİB - FOTO
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
09.07.2015
13:56
İyulun 11-i saat 17:00-da Bakıda keçirilən ilk Avropa Oyunlarının çempionlarının avtoqraf-sessiyası təşkil ediləcək.
Avtoqraf-sessiyada karateçilər Firdovsi Fərzəliyev (İlk Avropa Oyunlarında qızıl medal qazanıb), Rafael Ağayev (qızıl), Ayxan Mamayev (qızıl), İrina Zaretskaya (qızıl), karate üzrə dünya çempionu, Azərbaycan millisinin baş məşqçisi Rəhman Hətəmov, 8-ci dan sahibi, Azərbaycan Karate Federasiyasının prezidenti Yaşar Bəşirov, Bakı-2015-də yunan-Roma güləşi üzrə (85 kq) qızıl medalın sahibi Elvin Mürsəliyev, bürünc medalların sahibləri Rafiq Hüseynov və Elman Muxtarov, taekvondo üzrə bürünc medalın sahibi Patimat Abakarova, Avropa Oyunlarında cüdo üzrə kişilər arasında (90+ kq) qızıl medal qazanan paralimpiyaçı İlham Zəkiyev, Avropa Oyunlarında boks üzrə qızıl medal qazanan boksçular Elvin Məmişzadə, Teymur Məmmədov və Pərviz Bağırov iştirak edəcəklər.
-----------------
08.07.2015
16:55
İyulun 11-i saat 17:00-da Bakıda keçirilən ilk Avropa Oyunlarının çempionlarının avtoqraf-sessiyası təşkil ediləcək.
Trend-in məlumatına görə, "Park Bulvar" ticarət-əyləncə mərkəzi və "Day.Az" media şirkətinin təşəbbüsü ilə keçiriləcək "Olimpiya ulduzları ilə görüş"ə hamı dəvətlidir. "Park Bulvar"da təşkil ediləcək görüşdə həmyerlilərimiz və şəhərimizin qonaqları əsrimizin qəhrəmanları ilə görüşə, onlara sual verə, avtoqraf ala və Azərbaycan çempionları ilə birgə şəkil çəkdirə bilərlər.
Qələbələri ilə Azərbaycanı idman dünyasının mərkəzinə çevirən, səyləri ilə ölkəmizin adını müasir idman tarixinə yazdıran, bayrağımızı yüksəldən və qələbəyə gedən yolun gündəlik zəhmətdən, daha böyük və əbədi nəsnələrin əldə olunması naminə edilən fədakarlıqdan başladığını növbəti dəfə sübut edən idmançılar sizinlə görüşə gələcəklər.
Qonaqlarımız suallarınızı cavablandırmağa hazırdırlar. Ümid edirik ki, onların uğuru və dövlətimizin istənilən birinizin ilk addımda sizə dəstək olacağına əminlik öz üzərinizdə işləməyiniz üçün sizi həvəsləndirəcək. Yetər ki, bu addım bizə və ölkəmizə faydalı olsun. Qonaqlarımızdan hər birinin həyat tarixçəsi bunun birbaşa sübutudur.
Siz də gəlin! Övladlarınızı da gətirin! Qoy özümüz və həmvətənlərimizə görə duyduğumuz qürur anlarını yenidən yaşayaq. Çünki belə maraqlı və dünya miqyaslı hadisələrlə zəngin bir dövrdə yaşayırıq, müasirliyin şahidi olmaq və tarixə toxunmaq kimi imkanımız var.
İyulun 11-i saat 17:00-da sizi "Park Bulvar"da gözləyirik.
Milli.Az
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Zəfərin üç mərhələsi: Azərbaycanın yaratdığı yeni geosiyasi presedent
-
Gəncədə bacı-qardaş yanıq xəsarətləri alıb
-
Fidan Hacıyevanın III Beynəlxalq Opera Festivalının Gəncə mərhələsi keçirilib - (Foto)
-
Bakının bəzi ərazilərində qaz olmayacaq
-
"Qarabağ" "Zirə"yə qalib gəldi
-
Bakıda market və avtomobildən oğurluqda şübhəli bilinən şəxslər saxlanılıblar
-
"Flydubai"nin ikinci pilotu etiraf etdi: Təyyarəni İsraildə yerə çırpmaq istəyirmiş
-
Zaur Həbibov Ukrayna-Rusiya müharibəsində həlak oldu - (Foto)
-
Xaricdə təhsil adı altında dələduzluq edən şəxs saxlanıldı
-
Rafinya Mbappeni geridə qoydu
-
Robotların sayı 5 milyonu keçdi
-
Hülya Avşarın makiyajsız halı diqqət çəkdi - (Foto)
-
Tramp: İranın işləri yaxşı getmir
-
Afaq Bəşirqızı: "Məni "Söylü"yə oxşatmayın"
-
Moskvanın mərkəzində azərbaycanlı qardaşlara hücum: Bıçaqlanan var
-
Bakı Bulvarında Zeytun Festivalı keçiriləcək (Video)
-
UEFA Millətlər Liqası: Günün ən maraqlı matçları
-
Polşa mətbuatı: Azərbaycan, Gürcüstan və Türkiyə Aralıq Dəhlizində yükdaşımaları sürətləndirməyi hədəfləyir
-
Bakıda ən ucuz evlər bu ərazidədir
-
Silvestr Stallone buna görə 14 dəfə əməliyyat olunub
-
Bakıda vətəndaşın evini söküb pul verməyən şirkət rəhbəri tutuldu
-
Bakıda avtobus aşdı: Yaralılar var - (Video)
-
ChatGPT-də geyimləri virtual sınaqdan keçirmək mümkün olacaq - (Foto)
-
Qəhvə sevənlər bunu mütləq oxusun





