İdman

Kəmaləddin Heydərov: “Azərbaycan son illər bir çox mötəbər yarışlara ev sahibliyi edib”

31 Yanvar 2011 17:22
Baxış: 129
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
APA-nın məlumatına görə, bu sözləri Azərbaycan Boks Federasiyasının (ABF) prezidenti Kəmaləddin Heydərov deyib. O, bu ilin sentyabr-oktyabr aylarında Azərbaycanda keçiriləcək dünya çempionatı ilə bağlı Beynəlxalq Həvəskar Boks Assosiasiyası (AİBA) və ABF arasında müqavilənin imzalanması mərasimində çıxış edib: "Bu dünya çempionatı da belə bir yarışdır. Ümidvaram ki, qonaqlar həm də Azərbaycanın inkişafı ilə tanış olacaq, dincələcəklər". Federasiya prezidenti boksçularımızın qarşısına qoyulan məqsədləri də açıqlayıb: "Hər çəkidə lisenziya qazanmaq məqsədimizdir. İnanıram ki, biz buna nail olacağıq. Kütləvilik nəticələr üçün stimul olacaq. Hər bir idmançının qarşısındakı əsas məqsəd qızıl medal qazanmaq olur. Bu, idmandır. Söz verə bilmərik ki, qızıl medal qazanacağıq. Amma bunun üçün çalışırıq".

Bu gün Beynəlxalq Həvəskar Boks Assosiasiyası (AİBA) və Azərbaycan Boks Federasiyası (ABF) arasında müqavilə imzalanıb. AİBA prezidenti Çinq-Kuo Vu və ABF prezidenti Kəmaləddin Heydərov bu il Bakıda keçirilməsi nəzərdə tutulan dünya çempionatı ilə bağlı anlaşmanı imzalayıblar. Sentyabrın 26-da start götürəcək və oktyabrın 8-ə qədər davam edəcək yarışda 600-ə yaxın idmançının iştirakı gözlənilir. Dünya çempionatı həm də 2012-ci il London Olimpiadasına lisenziya xarakteri daşıyacaq. Belə ki, bu yarışda 92 idmançı olimpiya vəsiqəsinə sahib olacaq. İlk 8 çəki dərəcəsinin hər biri üzrə 10, 91 kq-dək və 91 kq-dan ağır çəki dərəcələrinin hərəsində isə 6 nəfər Londonda çıxış etmək imkanı qazanacaq.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.