İdman
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Cüdoçumuz Elxan Rəcəbli Dünya Kubokunun bürünc medalını qazandı
31 Yanvar 2011 11:35
Baxış: 869
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Sonuncu gün cüdoçularımızın qələbə sayının bir qədər çox olması ilə yadda qalıb. Belə ki, -81kq çəki dərəcəsində mübarizə aparan 4 cüdoçumuzdan yalnız Elxan Rəcəbli, -90kq-da isə üç cüdoçumuzdan yalnız Ramin Qurbanov medal qazanmaq şansını əldə ediblər.
Dünya kubokunun ikinci günündə medal qazanmaq isə onlardan yalnız Elxan Rəcəbliyə nəsib olub. O, yarışmaya çox uğurla başlayıb. İlk üç qarşılaşmasında Paata Ghiviniaşvili (Gürcüstan), Viktor Savinov (Ukrayna) və Konstantins Ovcinnikovs (Latviya) üzərində "İppon" təmiz qələbə xalı ilə vaxtından əvvəl inamla qalib gələrək yarımfinala yüksəlib. Bu mərhələdə onun rəqibi Avtandil Tçrikişvili olub. Gərgin keçmiş görüşdə hər iki idmançı "vazari" yarım qələbə xalı qazanıb. Lakin son olaraq gürcü idmaçısının işlətdiyi fənd hakimlər tərəfindən "ippon"la qiymətləndirilib və idmançımız bu qarşılaşmadan məğlub ayrılaraq finala vəsiqəni təmin edə bilməyib. Əvəzində Elxan Rəcəbli son həlledici görüşdə bürünc medal qazanmaq şansını qazanıb. Bu imkandan maksimum yararlanmış Elxan Rəcəbli Qazaxstan təmsilçisi İslam Bozbayevlə görüşdə 1 "yuko" və 1 "vazari" xalı qazanaraq qalib gəlib.
Medal qazanmağa çox yaxın olan digər təmsilçimiz Ramin Qurbanov (-90kq) isə bu imkandan sonadək yararlana bilməyib. İlk qarşılaşmasında Oleksii İemelianov (Ukrayna) üzərində cəmi 33 saniyə ərzində "ippon" təmiz qələbə xalı ilə qalib gəldikdən sonra növbəti yarımfinala çıxış görüşündə Azamat Sıtımova (Rusiya) cəmi bir "yuko" xalı ilə məğlub olub. Bununla belə bürünc medal qazanmaq uğrunda təsəlliverici görüşlərdə iştirak etmək hüququ qazanan Ramin Qurbanov bu mərhələdə ilk olaraq gürcü Laşaya Quruli ilə qarşılaşmada "vazari" yarım qələbə xalı geri olsa da, tez bir zamanda tam gücünü səfərbər edərək "ippon" təmiz qələbə xalı ilə qalib gəlib. Lakin o, bilavasitə bürünc medal uğrunda son həlledici görüşdə digər Rusiya təmsilçisi Abdul Omarova təmiz qələbə ilə məğlub olaraq turniri 5-ci yerdə başa vurub.
-100kq-da mübarizə aparmış cüdoçumuz Sain Məmmədovun 7-ci yeri tutub. Dünya Kubokunun son günündə də yığmamızın digər lider üzvləri ilk qarşılaşmadaca məğlubiyyət acısı dadıblar.
Beləliklə, ilin ilk Dünya Kubokunda Azərbaycan milli yiğma komandası İlqar Müşkiyevin (-60kq) qızıl, Elxan Rəcəblinin (-81kq) isə bürünc medalı, eləcə də Ramin Qurbanovun (-90kq) 5-ci və Sain Məmmədovun isə (-100kq) 7-ci yeri sayəsində 22 komanda arasında Rusiya (2-1-5), Gürcüstan (2-1-1), Ukrayna (1-2-2) və Qazaxstan (1-1-1) millilərindən sonra 5-ci yeri tutub. Bu nəticə ilə komandamız cəmi bir gümüş medal qazanmış Belarus və Macarıstan, eləcə də cəmi 1 bürünc medal qazana bilmiş Ermənistan, Latviya, Türkiyə və İsrail komandalarını ümumkomanda hesabında qabaqlaya bilib.
JudoOnline

DİGƏR XƏBƏRLƏR
-
Dünya çempionatından qayıdan afrikalı futbolçu öldü
-
"Real" klubu Vinisius Junior ilə yeni müqavilə barədə razılığa gəlib
-
PSJ “Barselona”nın ulduz futbolçusunu transfer edir
-
DÇ-2026: Bu gecə 1/4 final mərhələsinin son iki oyunu keçiriləcək
-
DÇ-2026: İspaniya yarımfinala yüksəlib
-
Jorje Jezuş Portuqaliya millisinə baş məşqçi təyin edilib
XƏBƏR LENTİ
-
Bakıda sağlamlıq mərkəzinin rəhbərini öldürüb gölün kənarına atdılar
-
Prezident İlham Əliyevin sosial media hesablarında Şuşanın Xocavənd rayonunun Quzeyxırman və Güneyxırman kəndlərində sakinlərlə görüşdən videoçarx paylaşılıb
-
Süni intellekt bəşəriyyəti dörd günə məhv edə bilər - İDDİA
-
Çin aviaşirkətləri tayfun səbəbindən 2800 reysi ləğv etməyi planlaşdırır
-
Matçda təhqiramiz ifadələr işlədən aktyor cərimələndi
-
Bu aylarda doğulan insanlar taleyini dəyişmək üzrədirlər
-
Prezident İlham Əliyev: Hər dəfə Qarabağda, Şərqi Zəngəzurda olanda və inkişafı görəndə ürəyim sevinir
-
Qaradağda ağır qəza - Ölən və yaralananlar var
-
Prezident İlham Əliyev: Dövlətimiz güclüdür, Ordumuz güclüdür, iradəmiz yerindədir
-
Prezident İlham Əliyev: Son 5-6 il ərzində xalqımız haqlı olaraq qürur hissi ilə yaşayır
-
Prezident İlham Əliyev: Hər dəfə keçmiş köçkünlər öz dədə-baba torpaqlarına qayıdanda hamımız üçün bayramdır
-
Prezident İlham Əliyevin Şuşanın Kiçik Qaladərəsi kəndində sakinlərlə səmimi söhbəti - (Video)
-
Müctəba Xamenei atasının dəfn mərasimində niyə iştirak etməyib?
-
Slovakiya Prezidenti Azərbaycana səfər edəcək
-
Dünya çempionatından qayıdan afrikalı futbolçu öldü
-
Bakıda dənizdə batma təhlükəsi ilə üzləşən şəxs xilas edilib
-
"Real" klubu Vinisius Junior ilə yeni müqavilə barədə razılığa gəlib
-
Türkiyədə kişi çağırışa gedən polisi güllələyib öldürdü
-
Prezident İlham Əliyev “Xankəndi” hotelinin açılışında iştirak edib - (Foto)
-
Akademik Musiqili Teatrda "Şahmaran" tamaşasına daxili baxış keçirilib - (Foto)
-
Prezident İlham Əliyev Xocavənd rayonunun Quzeyxırman kəndində olub
-
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Şuşanın Kiçik Qaladərəsi kəndində sakinlərlə görüşü ilə bağlı paylaşım edilib - (Video)
-
Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib
-
Dmitri Breykin vəfat etdi