İdman

Rəşad Sadıqovun komandası üçün üç məşhur hücumçu

27 Yanvar 2011 20:09
Baxış: 115
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Azerisport.az xəbər verir ki, millimizin kapitanı Rəşad Sadıqovun da çıxış etdiyi komandanın yalnız hücum xəttində problemlərinin olduğunu iddia edirlər ki, klub rəhbərliyi də məhz bu çatışmazlığı aradan qaldırmaq üçün çalışmalarını davam etdirir.
 
Lakin maraqlıdı ki, transfer pəncərəsinin bağlanmasına qısa vaxt qalsa da, eskişehirlilər hələ də bu problemi yoluna qoya bilməyib. Baxmayaraq ki, baş məşqçi Bülənt Uyğun artıq klub prezidenti Halil Ünala komandasında görmək istədiyi forvardların adlarını da təqdim edib.

Türkiyəli həmkarlarımızın iddiasına görə, bunlar Braziliyanın "Goias" klubundan Rafeal Moura, Yunanıstan PAOK-dan Dimitrios Salpingidis və Norveçin "Molde" komandasında top qovan Baye Djibi Falldı. Onların arasında Mouranın "Eskişehirspor"a keçmək variantının daha yüksək olduğu bildirilir.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.