İdman
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
"Sülh üçün təhlükəni Ermənistan yaradır" - FOTO
1 May 2015 14:25
Baxış: 2 129
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Azərbaycanın Almaniyadakı səfirliyində Berlin Alman Jurnalistlər Birliyinin üzvü olan 20 jurnalistlə görüş keçirilib.
Səfirlikdən Trend-ə bildiriblər ki, tədbirdə I Avropa Oyunları haqqında film nümayiş etdirilib, ölkəmizin Avropa Oyunlarına hazırlaşması, Azərbaycanda ən müasir idman infrastrukturunun yaradılması, ölkəmizin iri miqyaslı beynəlxalq idman yarışlarına ev sahibliyi etməsi, bu tip beynəlxalq tədbirlərin ölkəmizin inkişafının göstəricisi olması və onun beynəlxalq aləmdə tanınmasına verdiyi töhfələr barədə fikir mübadiləsi aparılıb, jurnalistlərin ölkəmizlə bağlı sualları cavablandırılıb.
Səfir Pərviz Şahbazov Azərbaycan-Almaniya münasibətlərinin tarixi və hazırki vəziyyəti, iki ölkə arasında həyata keçirilən siyasi, iqtisadi, sosial və mədəni əməkdaşlıq və son zamanlar hər iki ölkə rəsmiləri tərəfindən həyata keçirilən qarşılıqlı yüksək səviyyəli səfərlər barədə tədbir iştirakçılarına məlumat verib. Səfir Azərbaycan Prezidenti cənab İlham Əliyevin cari ilin əvvəlində Almaniyaya həyata keçirdiyi iki işgüzar səfərin ikitərəfli münasibətlərin inkişafına mühüm töhfə verdiyini vurğulayıb.
Dağlıq Qarabağ münaqişəsi haqqında danışan səfir Avropa mətbuatında bəzən Azərbaycanın guya sürətlə silahlanaraq sülh prosesinə təhlükə yaratdığının iddia edilməsini böyük yanlışlıq adlandırıb. P.Şahbazov qeyd edib ki, əslində Bonn Beynəlxalq Konversiya Mərkəzinin 2014-cü ildə hərbiləşmə hesabatında Ermənistan 152 dünya ölkəsi arasında 3-cü, Avropada 1-ci yerdədir: "Azərbaycan həm işğaldan əziyyət çəkən tərəf olmasına, həm də Ermənistandan bütün aspektlərdə üstün tərəf olmasına baxmayaraq, 20 ildən artıqdır ki, nəticəsiz sülh danışıqlarına sadiqdir. Sülh prosesi üçün təhlükəni Azərbaycanın işğal altında olan ərazilərini çoxsaylı beynəlxalq tələblərə baxmayaraq azad etməkdən boyun qaçıran Ermənistan yaradır".
Azərbaycanın iqtisadi inkişafının həm də onun siyasi və sosial inkişafının əsasında dayandığını vurğulayan P.Şahbazov ölkəmizin son illərdə əldə etdiyi yüksək iqtisadi-sosial göstəriciləri, hökumətin uğurla reallaşdırdığı sosial və infrastruktur layihələri, idarəetmə sahəsində apardığı islahatları, qaçqın və məcburi köçkünlərin vəziyyətinin yaxşılaşdırılması üçün atılmış addımları, vətəndaşlara göstərilən sosial xidmətlərin müasirləşdirilməsi və şəffaflaşdırılması, ASAN xidmət mərkəzlərinin yaradılmasını alman jurnalistlərin diqqətinə çatdırıb.
Daha sonra səfirliyin müşaviri Rizvan Nəbiyev Azərbaycanın xarici siyasətində enerji əməkdaşlığının yeri və rolu, Ermənistan təcavüzünün ölkəmiz və region üçün nəticələri, eləcə də ölkəmizin xarici siyasətinə təsir göstərən geosiyasi faktorlar barədə mühazirə ilə çıxış edib. R.Nəbiyev Azərbaycanın Avropanın enerji təchizatında indiyədək oynadığı rolu, Şahdəniz 2 qaz layihəsinin töhfəsini, TAP və TANAP layihələrini, Azərbaycanın Avropa ilə enerji əməkdaşlığı üçün mövcud maneələri vurğulayıb.
Berlin Alman Jurnalistlər Birliyinin sədr müavini Klemens Qlade Almaniya mətbuat nümayəndələrinin qəbulu üçün Səfirliyə təşəkkürünü bildirib. Alman jurnalist səfirlikdə keçirilən bu görüşü Azərbaycana dair mətbuat təmsilçilərini maraqlandıran məsələlərə aydınlıq gətirilməsi üçün yaxşı imkan adlandırıb. Alman Jurnalistlər Birliyi (Deutscher Journalisten-Verband Berlin) Almaniyanın paytaxtı Berlin şəhərində yaşayan və işləyən mətbuat nümayəndələrini özündə birləşdirən ən böyük jurnalist birliyidir. Təşkilatın 4000-dən artıq üzvü var.
Milli.Az
Böyütmək üçün şəkillərə klikləyin.

DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Samuxda minik maşını aşıb, xəsarət alanlar var
-
Bakıda 23 yaşlı qadın qətlə yetirildi - ögey qardaşı saxlanıldı
-
Birinci kurs tələbəsi vəfat etdi
-
Rusiyanın Kemerovo vilayətində "An-12" qəzaya uğrayıb, 17 nəfər həlak olub
-
İran PUA texnologiyalarını Ermənistana ötürüb? – Eyni dron İrəvanda istehsal olunur
-
Azərbaycanda iki sosial müavinət artırılır - Yeni məbləğ
-
Prezident İlham Əliyevin sosial media hesablarında Gürcüstanın Baş nazirinin müavininin qəbulu ilə bağlı videoçarx paylaşılıb - (Video)
-
Bakının məşhur şadlıq sarayları təftiş edildi: Qonaqlara mal əti əvəzinə nə yedirilib? - (Foto)
-
Prezident İlham Əliyevin sosial media hesablarında Almaniyanın xarici işlər nazirini qəbulu ilə bağlı videoçarx paylaşılıb - (Video)
-
Bakcell gənclər üçün növbəti süni intellekt hakatonunu keçirib - (Foto)
-
Prezident İlham Əliyev Gürcüstanın Baş nazirinin müavinini qəbul edib - (Foto/Video)
-
U-17 millimiz Litva ilə heç-heçə etdi
-
Prezident İlham Əliyev Almaniyanın xarici işlər nazirinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib - (Foto/Video)
-
Aparıcı Çinarə körpə qızı ilə nənəsinin yubileyində - (Video)
-
İran Xameneinin ölümünə görə 159 nəfərə ittiham irəli sürüb
-
Aktrisa Leyla Musayeva vəfat etdi
-
“Ihlamurlar Altında”nın əfsanəvi cütlüyü 21 il sonra bir arada - (Video)
-
Bu tələbələrə hərbi xidmətdən möhlət verilməyəcək
-
Aşıq Zülfiyyə ilə Telli Borçalı arasında "buzlar əridi" – Barışdılar
-
Azərbaycanda saatlıq əməkhaqqı sistemi tətbiq ediləcək
-
Azərbaycanda məzuniyyətə çıxmaq məcburi olacaq
-
Qışda avtomobilinizi bu 10 təhlükədən qoruyun
-
Polşa Azərbaycanı Avrasiya logistikasında əsas tərəfdaş kimi tanıdı
-
Telefonla böyüyən uşaqları hansı təhlükələr gözləyir?