İdman

Erməni futbolçuların hər birinə “İnter” üzərində qələbə müqabilində 50 min dollar vəd olunubmuş

20 Yanvar 2011 15:24
Baxış: 168
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Trend-in məlumatına görə, bu barədə www.armenianreport.com internet xəbər portalı yazıb. Erməni saytı xəbər verir ki, futbolçulara yüksək məbləğ vəd olunmasına rəğmən "Mika"nın Azərbaycan klubuna məğlub olması Ermənistan prezidentini çox qəzəbləndirib.

Erməni saytı onu da qeyd edib ki, Bakı "İnter"i Ermənistanın "Mika" klubunu nəinki darmadağın edib, hətta erməni klubunu belə bir oyunla alçaldıb.

Xatırladaq ki, Bakının "İnter" futbol klubu yanvarın 19-da Birlik kubokunun 1/4 final mərhələsində Ermənistanın "Mika" futbol klubunu 4-0 hesabı ilə məğlub edib.

Milli.Az

Uyğun link:


"İnter" erməniləri darmadağın etdi: 4:0! - VİDEO-FOTO
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.