İdman
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Millimizin baş məşqçisi: "Bura uşaq bağçası deyil"
24 Mart 2015 18:27
0 Şərh
Baxış: 2 809
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
19 yaşadək futbolçulardan ibarət Azərbaycan yığma komandasının baş məşqçisi Nikolay Adam Avropa çempionatının elit-raundunun oyunları öncəsi AFFA-nın saytına müsahibə verib.
- Avropa çempionatının elit-raund mərhələsində mübarizə aparacaq yığmamız hazırlıq məqsədilə Almaniyanın Frankfurt şəhərində təlim-məşq toplanışı keçdi və iki yoxlama oyununda qüvvəsini sınadı. Əvvəlcə Almaniyadakı toplanışı dəyərləndirməyinizi istərdik...
- Almaniyadakı toplanış yaxşı keçdi. İki yoxlama oyunu keçirdik. İlk oyunda "Düsseldorf"un əvəzedici heyəti ilə qarşılaşdıq. Həmin komanda Almaniyanın 4-cü divizionunda mübarizə aparır və 6-cı pillədə qərarlaşıb. "Düsseldorf" güclü komandadır. Son 10 dəqiqədə qapımızdan 2 top buraxıb məğlub olduq. Cinahlarda buraxdığımız 2 səhv qolla nəticələndi. Çoxlu əvəzetmələr edərək hər futbolçunu yoxlamaq imkanı əldə etdik. "Düsseldorf"u ona görə seçmişdik ki, elit-raundda bizi təxminən bu səviyyədə rəqiblər gözləyir. Əks-hücumlarda qol vəziyyətlərini dəyərləndirə bilmirsənsə, uduzacaqsan. Əks-hücumlarda əldə etdiyimiz imkanlardan maksimum yararlanmalıyıq. Komanda tam olaraq bütün diqqətini bu oyunlara yönəldib. İrlandiya yığmasına böyükhesablı məğlubiyyətdən sonra futbolçular xəyallar qurmurlar, reallığı daha yaxşı hiss edirlər.
- Artıq komanda Fransadadır və 2 gündən sonra elit-raund mərhələsinin oyunları başlayacaq. Komanda oyunlara nə dərəcədə hazırdır?
- Yüz faiz hazırıq. Artıq hər şey futbolçulardan asılıdır. Onlar hansı səviyyədə olduqlarını nümayiş etdirməlidirlər. Biz onları yaxşı hazırlamışıq. Kifayət qədər beynəlxalq oyun təcrübələri var. Bu onlar üçün növbəti addımdır. Elit-raundda zəif rəqib yoxdur. Oyunlarda daha diqqətli olmalıyıq. Ani boşluq buraxsaq, məğlub olarıq.
- Yığmamız kifayət qədər güclü qrupda yer alıb. Meydan sahibləri Fransa, eləcə də İngiltərə kimi futbol ölkələri ilə mübarizə aparacağıq. Eyni zamanda, Danimarkanın özü kifayət qədər güclü rəqibdir. Rəqiblər haqda məlumat toplamısınızmı?
- Əlbəttə, məlumatımız var. Oyunlarına baxmışıq, analiz etmişik. Rəqibi araşdırarkən adətən zəif cəhətlərini aşkarlamağa çalışırsan. Demək olar ki, zəif cəhətləri yoxdur. Ancaq bu o demək deyil ki, buraya turist kimi gəlmişik.
- Rəqib komandaları araşdırdığınızı dediniz. Hansı rəqiblə hansı taktika ilə mübarizə aparacağınızı müəyyənləşdirmisinizmi?
- Xeyr. Çünki son 18-lik bugünkü məşqdən sonra məlum olacaq. Açığı, 18-liyi müəyyənləşdirməkdə çətinlik çəkirik. Bu digər tərəfdən yaxşıdır ki, seçim imkanımız genişdir. Zədəli olduğu üçün Mansur Nahavəndi komandaya kömək edə bilmir. Zədəli olmasaydı belə, cəzalı olduğu üçün ilk oyunda oynamayacaqdı. 4 futbolçu sarı vərəqə limitindədir. Bunların hamısını nəzərə almalıyıq, diqqətli olmalıyıq. Komandadakı futbolçuların, demək olar ki, hamısı eyni səviyyədədir. Hər hansı biri oynamasa, digər çıxıb layiqincə əvəz edəcək.
- Futbolçular psixoloji cəhətdən Fransa, İngiltərə kimi komandalara qarşı oynamağa hazırdırlarmı?
- Bu istiqamətdə onlarla çalışırıq. Əsasən də İrlandiya yığmasına 0:6 hesablı məğlubiyyətdən və U-17-nin elit-raunddakı nəticələrindən sonra onları nələrin gözlədiklərini bilirlər. Bura uşaq bağçası deyil. Biz bu mərhələyə təsadüfən yüksəlməmişik. Futbolçular sübut etməlidirlər ki, biz elit-raunda təsadüfən gəlməmişik. Komandanın 60 faizi növbəti seçmə mərhələdə də çıxış edəcək. Bu futbolçular daha əvvəl də təzyiq altında oynamağı bacarıblar. İnanıram ki, burada da bacaracaqlar. Əlimizdən gələni edəcəyik.
Milli.Az

DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Samuxda minik maşını aşıb, xəsarət alanlar var
-
Bakıda 23 yaşlı qadın qətlə yetirildi - ögey qardaşı saxlanıldı
-
Birinci kurs tələbəsi vəfat etdi
-
Rusiyanın Kemerovo vilayətində "An-12" qəzaya uğrayıb, 17 nəfər həlak olub
-
İran PUA texnologiyalarını Ermənistana ötürüb? – Eyni dron İrəvanda istehsal olunur
-
Azərbaycanda iki sosial müavinət artırılır - Yeni məbləğ
-
Prezident İlham Əliyevin sosial media hesablarında Gürcüstanın Baş nazirinin müavininin qəbulu ilə bağlı videoçarx paylaşılıb - (Video)
-
Bakının məşhur şadlıq sarayları təftiş edildi: Qonaqlara mal əti əvəzinə nə yedirilib? - (Foto)
-
Prezident İlham Əliyevin sosial media hesablarında Almaniyanın xarici işlər nazirini qəbulu ilə bağlı videoçarx paylaşılıb - (Video)
-
Bakcell gənclər üçün növbəti süni intellekt hakatonunu keçirib - (Foto)
-
Prezident İlham Əliyev Gürcüstanın Baş nazirinin müavinini qəbul edib - (Foto/Video)
-
U-17 millimiz Litva ilə heç-heçə etdi
-
Prezident İlham Əliyev Almaniyanın xarici işlər nazirinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib - (Foto/Video)
-
Aparıcı Çinarə körpə qızı ilə nənəsinin yubileyində - (Video)
-
İran Xameneinin ölümünə görə 159 nəfərə ittiham irəli sürüb
-
Aktrisa Leyla Musayeva vəfat etdi
-
“Ihlamurlar Altında”nın əfsanəvi cütlüyü 21 il sonra bir arada - (Video)
-
Bu tələbələrə hərbi xidmətdən möhlət verilməyəcək
-
Aşıq Zülfiyyə ilə Telli Borçalı arasında "buzlar əridi" – Barışdılar
-
Azərbaycanda saatlıq əməkhaqqı sistemi tətbiq ediləcək
-
Azərbaycanda məzuniyyətə çıxmaq məcburi olacaq
-
Qışda avtomobilinizi bu 10 təhlükədən qoruyun
-
Polşa Azərbaycanı Avrasiya logistikasında əsas tərəfdaş kimi tanıdı
-
Telefonla böyüyən uşaqları hansı təhlükələr gözləyir?