İdman

Ruslan Abışov müəmması

27 Dekabr 2014 15:33
0 Şərh     Baxış: 947
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Mövsümün əvvəlində "Qəbələ"nin icarə əsasında heyətinə cəlb etdiyi Ruslan Abışovun gələcək karyerası müəmma içindədi. Milli.Az apasport.az-a istinadən xəbər verir ki, gələn ay müqavilə ilə məxsus olduğu "Rubin"ə qayıdacaq yığma komandamızın üzvünün Azərbaycana dönüb-dönməyəcəyi özündən asılıdı.

"Rubin"in təlim-məşq toplanışına qoşulacaq Abışov özünü yaxşı tərəfdən göstərə bilsə, elə Kazan klubunda da qalacaq. Əks təqdirdə isə ona "özünə klub tap" tapşırığı veriləcək.

İkinci ehtimal yaranarsa, Azərbaycandan iki klub dərhal mübarizəyə başlayacaq. Bunlar "Qəbələ" və "Neftçi"di. Həm "Qəbələ", həm də "Neftçi" istəyini Abışovun özünə çatdırıb. Hər iki klub məhz "Rubin"in baş məşqçisi Rinat Bilyaletdinovun qərarını səbirsizliklə gözləyir.

Qeyd edək ki, Ruslan Abışov "Neftçi"nin yetirməsidi.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.