İdman

"Real"ın futbolçusu Amerikada ilin ən yaxşısı seçildi

27 Dekabr 2014 11:24
0 Şərh     Baxış: 614
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Beynəlxalq İdman Amerika Mətbuat Assosiasiyaları Amerikada 2014-cü ilin ən yaxşı futbolçusunun adını açıqlayıb.

Milli.Az apasport.az saytına istinadən xəbər verir ki, bu, Kolumbiya yığması və "Real"ın yarımmüdafiəçisi Xames Rodriqesdi.

"Kral klubu"nun oyunçusu jurnalistlərin səsverməsi nəticəsinə görə birinci olub. DÇ-2014-ün "Qızıl buts"unu qazanan 23 yaşlı futbolçu mükafatını gələn ilin mart ayında Braziliyada təşkil ediləcək mərasimdə alacaq.

İlin ən yaxşı komandası adını isə Lionel Messinin kapitanı olduğu Argentina millisi qazanıb.

Qeyd edək ki, Xames Rodriqes "Real"ın heyətində Avropa Superkubokunu və klublar arası dünya kubokuna sahib olub. Argentina isə son mundialın finalında Almaniya yığmasına 0:1 hesabı ilə uduzaraq, gümüş medala yiyələnib.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.