İdman
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
"Qarabağ"ı "satan" satqınlar - FOTO
11 Dekabr 2014 15:07
2 Şərh
Baxış: 6 238
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Bazarların od tutub yandığı zamanda canımıza daha bir "bazar" vəlvələ saldı. Bu "bazar"ın olmadığı ölkə, girmədiyi sektor qalmadığı kimi dünyada "futbol ölkəsi" olan Azərbaycana da qədəm qoydu. Özü də "ən inkişaf etmiş sahə" olan futbolumuzda özünü tapmağa başladı. Hələ yeni-yeni azarkeşləri stadiona toplamaqda olan futbolumuza maneə olan azmış kimi, bu bazarın da nümayəndələri, türklər demiş, "şorbada bizim də duzumuz olsun" deyib fəaliyyətlərindən geri qalmadılar. Söhbət adı kimi özünün də qara olduğu "qara bazar"dan gedir.
Milli.Az bildirir ki, ölkəmizdə o qədər də uğurları olmayan bir idman növü olan futbola "qara bazar"ın girişməsi və bu idman növünün inkişafına böyük zərbə vurması ortaya bir çox məqamlar çıxarır. Belə ki, klublarımızın Avropada mübarizəsindən istifadə edərək, qeyri-leqal yollarla biletləri kassadan alan "qara" satıcılar onları olmazın qiymətə satırlar. 2 manatlıq bileti 5 manata, 5 manatlığı 20 manata sataraq öz faizlərini götürdükdən sonra lazımi yerlərin "dolya"sını çatdırırlar. Hətta reportaj zamanı stadionun ən "müqəddəs" yeri sayılan media sektoruna da biletlərin satıldığının şahidi olduq. Bu barədəki qanunsuzluqlar haqqında saatlarca danışmaq olar. Söhbəti çox uzatmadan "danışan foto"ları təqdim edirik.
Stadionun önünə çatmamış uzaqdan qaraltının şahidi olduq. Deyəsən, bazarın "qızğın" vaxtına gəlmişik.

"Bazar"dan kənardakı ağaclıqda da satışlar pis getmir

Bizim onları çəkdiyimizi görüb üstümüzə şığıdılar. Sanki qanunsuz iş görən biz imişik kimi. Bizi əhatəyə alaraq özlərinə haqq qazandırdılar. Hətta fotoqrafımızın yaxasından tutaraq onu "razborka"ya belə çağırdılar.

"Həmkar"larının başımızı qatdığını görən satıcıların bəziləri bundan istifadə etdilər.

Biletlərin kassada yox, satıcılarda olmasından və çox-çox baha satılmasından narazı olan azarkeşlər...

Bu şəxs onun baha qiymətə bilet satmasına etiraz edən fanat ilə duelə çıxdı. Hətta ona təpik də atdı.

Kassada oturan əsl satıcılar isə onların bir günahları olmadığını və biletlərin necə "qara bazar"ın əlinə keçməsindən xəbərsiz olduqlarını bildirdilər.

Bu satıcılar isə "qanun"larına istinad edib danışdılar. Deyəsən, qara bazarın "ağsaqqal"ları bu fərdlərdir.

Dəstələrin arasından incə-incə çıxarır...

"Qarabağ" rəsmiləri ağızdolusu polislərin bu məsələni ciddi nəzarətə götürmələrindən danışırlar. Bu polisdən soruşduq ki, bu məsələyə niyə mane olmursuz? O isə cavabında yol polisi olduğu üçün buna baxmadığını bildirdi. Bir müddət sonra həmin polis "qara"çıların yaxınında "yaxalan"dı.

Belə bazarlardakı satıcılardan, çalışın, ehtiyatlı olun.

Niyaməddin Şirinov
FOTO: Ceyhun Ələkbərov
Milli.Az

DİGƏR XƏBƏRLƏR
-
Nərmin Abdinova Avropa çempionu oldu
-
19 ildən sonra ikinci divizion oyunçusu milli komandaya çağırıldı
-
“Əgər Yamal yox, Messi olsaydı, həyəcan keçirərdim” - “Sabah”ın futbolçusu
-
"Trabzonspor"un futbolçusu Türkiyə millisinin heyətindən çıxarıldı
-
Azərbaycan millisi 7 qol buraxdı
-
Lixtenşteyn - Azərbaycan oyununun hakimləri bəlli oldu
XƏBƏR LENTİ
-
Kartof qaynadarkən 1 stəkan əlavə edin - dağılmır, qabığı öz-özünə soyulur
-
Günün qoroskopu: Qarşı tərəf təkliflərinizə müsbət yanaşacaq
-
Brüs Uillisin dili tutuldu
-
İtaliyada 6300 məktəbə bomba xəbərdarlığı göndərildi
-
Nərmin Abdinova Avropa çempionu oldu
-
Bu yol birbaşa Bakı-Quba və Bakı-Şamaxı magistralına çıxacaq - (Video)
-
Orbanın qardaşı həbs edildi
-
Bakıda iri mağazaların yerləşdiyi küçə yağışa görə iflic oldu - (Video)
-
19 ildən sonra ikinci divizion oyunçusu milli komandaya çağırıldı
-
Tayland turist vergisi tətbiq edəcək
-
Rusiyanın ABŞ-dəki səfiri ölüb
-
“Əgər Yamal yox, Messi olsaydı, həyəcan keçirərdim” - “Sabah”ın futbolçusu
-
Arif Mirzəyev vəfat etdi
-
Kəmaləddin Heydərov Polşa səfirliyində olub, başsağlığı verib - (Foto/Video)
-
Bakıda yeni söküntüyə görə 4000 manatdan kompensasiya verilir - (Video)
-
Dövlət Komitəsi Göy məscidin tarixi-mədəni kimliyinin təhrif edilməsinə etiraz edib
-
Leyla Əliyeva “Qlobal Sıfır Tullantı Alyansı – Dövlət və Hökumət Başçılarının Həyat Yoldaşlarının Yüksəksəviyyəli Toplantısı”nda iştirak edib - (Foto)
-
Cəlilabadda 10 yaşlı uşaq qızdırmadan ölüb
-
Yeni il gecəsi milyonlar qazanacaqlar - Siyahı
-
Leyla Əliyeva COP31 çərçivəsində Azərbaycan pavilyonunda olub - (Foto)
-
Gəncədə daha bir "BakuBus" avtobusu qəzaya düşdü - (Video)
-
Aslan Fətullayevin dəfn yeri açıqlandı
-
Milli Qəhrəman süni tənəffüs aparatına qoşuldu
-
Ermənistan KTMT-də səsvermə hüququndan məhrum edilib