İdman

Ernest Nfor: "Hakim belə bir oyunu korladı"

29 Sentyabr 2014 13:17
1 Şərh     Baxış: 830
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

Milli.Az "Neftçi"nin hücumçusu Ernest Nforun azerisport.az saytına müsahibəsini təqdim edir
 

- "Qarabağ"a 1:3 hesabıyla uduzduz. Nə deyə bilərsiz?

- Yaxşı hava, xeyli azarkeş vardı. Meydan da yaxşı idi, bol qollu oyun alındı. Hər şey yaxşı idi, yalnız hakimdən başqa.
 

- Nədən narazı qalmısız?

- Hakim Ramosa bilərəkdən zərbə endirən Reynaldonu meydandan qova bilərdi. Həmçinin bizim qapımıza penalti təyin etməyə bilərdi. Təəssüf ki, hakim belə bir oyunu korladı.
 

- Sizcə, "Neftçi" qələbəyə layiq idi?

- Fikrimcə, hakim səhvləri olmasaydı, biz nəyə qadir olduğumuz göstərərdik.
 

- Bu məğlubiyyət komandanın sonrakı oyunlarında mənfi təsirini göstərməyəcək ki?

- Ümid edirəm ki, yox. Bizi üç həftəlik fasilə gözləyir. Lakin təəssüf ki, həmin fasiləyə pis əhval-ruhiyyədə yollanırıq.
 

- "Neftçi" bu gedişatla çempion ola bilər?

- Bu oyunla yox. Amma kim deyir ki, biz bütün mövsümü belə çıxış edəcəyik. Mövsümün gedişində artıracağıq. Buna heç kim şübhə etməsin. "Neftçi"siz çempionluq mübarizəsi olmaz.
 

- Kanales hələ də özünü sübut edə bilmir. Son oyunda da fərqlənməklə əsas heyətə daha çox layiq olduğunuzu isbatlamış olduz?

- (gülür) Mən kimisə favorit adlandırmaq istəməzdim. Burada hər şeyə baş məşqçi qərar verir. Meydana daha yaxşı hazır olanlar çıxır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.