İdman

"İnter"in çalışdırıcısı: "Avroliqa oyununa hazırlaşmalıyıq"

29 Sentyabr 2014 12:10
0 Şərh     Baxış: 696
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

A Seriyasının 6-cı turunda "İnter"in biabırçı məğlubiyyəti diqqəti çəkib. "Guiseppe Meazza"da "Cagliari"ni qəbul edən Milan klubu 1-4 hesablı məğlubiyyətə düçar olub.
 

Milli.Az goal.az-a istinadən xəbər verir ki, oyundan sonra "nerazurri"nin baş məşqçisi Valter Mazzari fikirlərini mətbuatla bölüşüb.

"Mən heyətin rotasiyası barədə bir neçə səhv qərar verdim. Eyni zamanda oyunçuların nə qədər güc sərf edə biləcəyini nəzərə almamışdım. Bu, müasir futbolda həyati əhəmiyyət daşıyır. Komanda yaxşı fiziki formada olmadığından oyunumuzu göstərə bilmədik. Hər kəs bu dərsdən nəticə çıxarır. Bunu çox müzakirə etmək lazım deyil. Biz gücümüzü toplayıb Avroliqa oyununa hazırlaşmalıyıq. Fanatları məyus etdiyimiz üçün üzr istəyirəm".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.