Azad Rəhimov: "Azərbaycan üçün gənc, gələcək nəslin sağlamlığı, həyat tərzi, idmana meyilliliyi çox vacibdir"
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
"Bizim üçün gənc, gələcək nəslin sağlamlığı, həyat tərzi, idmana meyilliliyi çox vacibdir".
Trend-in məlumatına görə, bunu Azərbaycanın gənclər və idman naziri Azad Rəhimov Bakıda Milli Gimnastika Arenasında keçirilən bədii gimnastika üzrə 21-ci Azərbaycan çempionatının bağlanış mərasimində çıxışı zamanı deyib.
Milli Olimpiya Komitəsi və Gənclər və İdman Nazirliyi adından yarış iştirakçılarını salamlayan A.Rəhimov bildirib ki, çox istedadlı və yüksək uğurlar qazanmış qızlar, həmçinin belə möhtəşəm idman zalında ilk dəfə keçirilən Azərbaycan çempionatı ilə əlaqədar bu gün həqiqətən də çox gözəl anlar yaşanıb.
Nazir qeyd edib ki, əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan idman siyasəti bü gün Azərbaycan Prezidenti, Milli Olimpiya Komitəsinin rəhbəri İlham Əliyev tərəfindən uğurla davam etdirilir: "Bu gün respublikamızda idman sahəsində maddi-texniki baza gündən-günə inkişaf edir. Bu gün Azərbaycan ən möhtəşəm, ən böyük idman yarışlarına ev sahibliyi edir. Biz böyük qürur hissi ilə qeyd etmək istərdik ki, növbəti illərdə dünyanın və Avropanın ən məşhur idmançıları məhz Bakıda hal-hazırda tikilməkdə olan, açılan, təmirdə olan idman saraylarında olacaqlar. Bizim üçün gənc, gələcək nəslin sağlamlığı, həyat tərzi, idmana meyilliliyi çox vacibdir".
A.Rəhimov vurğulayıb ki, bu, dövlət siyasətinin əsas prioritetlərindəndir. Bu siyasəti bütün gənclərimiz, bütün idmançılarımız dəstəkləyirlər.
Nazir sonda Azərbaycan çempionatında uğur qazanan idmançılarımıza Avropada və dünyada yüksək nailiyyətlər əldə etməyi arzulayıb.
Qeyd edək ki, bu gün Bakıda Milli Gimnastika Arenasında bədii gimnastika üzrə 21-ci Azərbaycan çempionatı keçirilib.
Yarışlarda 22 senior gimnast, həmçinin 1999-2001-ci il təvəllüdlü idmançılar da iştirak ediblər. Gimnastlar mütləq çoxnövçülükdə, o cümlədən ayrı-ayrı növlər üzrə medallar uğrunda yarışıblar.
Çempionatda Respublika Kompleks İdman Məktəbi və "Baku Flames" klubunun gimnastları ilə yanaşı, "Neftçi", Bakı Gimnastika Məktəbi, "Spartak", Şağan OİK və "Ocaq Sport Klubu"-nun idmançıları da iştirak ediblər.
Turnirdə, həmçinin Bakıda təlim-məşq toplanışlarında olan Macarıstan və Qazaxıstan gimnastlarının müsabiqədənkənar çıxışları olub.
Çoxnövçülükdə Marina Durunda ikinci dəfə Azərbaycan çempionu adını qazanıb. Çempionatın gümüş medalını Lalə Yusifova əldə edib. Bürünc medala isə Gülsüm Şəfizadə sahib çıxıb.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Arda Gülerdən möhtəşəm qol - (Video)
-
Çempionlar Liqası matçını buraxacaqlar
-
“Belə atmosferdə oynamaq çətindir” - Rəşad Sadıqov
-
Azərbaycan gimnastları Dünya kuboku seriyalarının qalibi olublar - (Foto)
-
Premyer Liqa: "Kəpəz" "Zirə" ilə heç-heçə edib
-
Batut gimnastikası üzrə Dünya kubokunda növbəti qızıl medal - (Foto)
XƏBƏR LENTİ
-
Bu həftə üç bürc üçün göydən pul yağacaq
-
D vitaminini hansı qidadan almaq olar?
-
Ət yemək 100 yaşa qədər yaşamaq şansınızı artıra bilər
-
Adambaşına menyu qiymətinə aldanmayın – Şadlıq saraylarında xərc artıran gizli detallar - (Video)
-
Bürclər ilk görüşdə özlərini necə aparır?
-
“Hər həftə bir ev alırdım“ - Mehmet Ali Erbil
-
Zibilə atmadan əvvəl iki dəfə düşünün - üzüm saplağındakı xəzinə
-
“Yalı çapkını”nın aktrisası Bakıda toyda - (Foto)
-
“Hesab gələndə hər yeməyin qiyməti 2 dəfə baha idi” - (Video)
-
Günün qoroskopu: Sənədləşmə işlərində ehtiyatlı olun
-
İsraildən uçan təyyarədə bomba həyəcanı - təcili eniş etdi
-
Arda Gülerdən möhtəşəm qol - (Video)
-
“Mercan Köşk” bu səbəbdən final etdi
-
Tramp İsrail xalqına müraciət etdi
-
Nizami rayonunda 2 gün su olmayacaq
-
Badamdar-"20-ci sahə" yolunda quraşdırılan nişan sürücülərdə narazılıq yaratdı - (Video)
-
Almaniyada İran agentlərinin ifşası: Azərbaycan himni altında növbəti təxribat - (Video)
-
Çempionlar Liqası matçını buraxacaqlar
-
Türkiyədə konsert faciəsi - Ölənlər var
-
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
-
“Belə atmosferdə oynamaq çətindir” - Rəşad Sadıqov
-
Azərbaycan gimnastları Dünya kuboku seriyalarının qalibi olublar - (Foto)
-
Biləsuvarda ağır qəzanın səbəbi arılar olub
-
Sahibə Qafarova Qırğız Respublikasına səfərə gəlib - (Foto)





