Bolqarıstanın Plovdiv şəhərində keçiriləcək klublararası Avropa çempionatında mübarizə aparacaq "SOCAR" Azərbaycan komandasının tərkibində yerli şahmatçılarla yanaşı, legioner qrossmeysterlər də yer alıb.
Milli.Az ANS TV-yə istinadən xəbər verir ki, Azərbaycan şahmat tarixində ilk peşəkar klub olan "SOCAR"ın 1-ci nömrəsi yığma komandanın da şərəfini qoruyan Şəhriyar Məmmədyarovdur. Şəhriyarla yanaşı heyətdə həmyerlilərimizdən Teymur Rəcəbov, Rauf Məmmədov və Eltac Səfərlinin adı var. Legioner şahmatçılar isə rus Aleksandr Qrişşuk, ispan Aleksey Şirov, fransalı Maksim Vaşye-Laqrav və özbək Rüstəm Kasımcanovdur.
Yarışda komandamızın ən ciddi rəqibləri Rusiya klublarıdır. Onlar arasında ən reytinqlisi "Moskva" komandasıdır. Paytaxt təmsilçisinin güclüsü isə israilli Boris Helfand hesab olunur. Eyni ölkənin idman şərəfini qoruyan "Cess" klubunun kollektivinin 1 nömrəsi ukraynalı Vasili İvançukdur. Rusiya klublarından "Ekonomist"in lideri də ukraynalı qrossmeysterdir. Söhbət Pavel Elyanovdan gedir.
Almaniyanın bayrağı altında çıxış edən "Baden Baden" komandasının ən reytinqli üzvü ingiltərəli Maykl Adamsdır. "SOCAR"ın rəqibləri arasında Ermənistanın "Mika" klubu da var. Onların bel bağladığı əsas şahmatçı isə Levon Aronyandır.
Qeyd edək ki, klublararası Avropa çempionatının açılış mərasimi bu gün, ilk turun oyunları isə oktyabr ayının 17-də keçiriləcək.
Milli.Az
İdman
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən
Komandamız Ermənistan klubu ilə üz-üzə gələcək
16 Oktyabr 2010 12:33
Baxış: 628
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Polkovnik Tofiq Məmmədov qəfildən vəfat ETDİ
-
Qanunsuz saxlanılan silahlar aşkarlanıb
-
Paytaxtda narkotik əməliyyatı: 10 kq-dan çox maddə aşkarlandı
-
UEFA Millətlər Liqası: Pley-off oyunları bu gün keçirilir
-
Əlirza Təngsiri öldürülüb?
-
Tramp: Silah texnikası yalnız ABŞ-də istehsal edilməlidir
-
Ayın 27-də yağış intensivləşəcək, qar yağacaq - PROQNOZ
-
Onsuz da güllələnəcəklərsə, niyə insanları küçələrə çıxmağa təşviq etməliyik?
-
62 yaşlı kişi faciəli şəkildə ÖLDÜ
-
“Onda bəlkə mənim paylaşımlarımın altında mənasız şeylər yazmaq istəməzsiniz“
-
41 qanunsuz miqrant saxlanıldı, arasında azərbaycanlılar da var
-
Türkiyədə güclü zəlzələ oldu
-
Azərbaycan Texniki Universiteti beynəlxalq reytinqlərdə mühüm uğura imza atdı
-
Oyun oynamaq sadəcə əyləncə deyil - Gizli faydalar açıqlandı
-
54 kiloqrama yaxın narkotik aşkarlandı
-
Dəniz kənarında kütləvi quş ölümü - SƏBƏB NƏDİR?
-
Prezident İlham Əliyev Banqladeş Prezidentini təbrik edib
-
İranda diqqətçəkən DƏYİŞİKLİK - Pezeşkiandan mühüm qərar
-
İran-ABŞ gərginliyi Dubay brendinə hansı zərbəni vurdu?
-
Varlanmaq üçün nə etməliyik? - AÇIQLANDI
-
Moped sahiblərinə yeni QAYDA - 26 martdan
-
Dünya bazarında Azərbaycan nefti 2,3 dollar düşdü
-
Bəzi bölgələrdə yağış və duman davam edir - FAKTİKİ HAVA
-
“Bildirərik ki, pilləkəndən yıxılıb ölüb…” - 6 yaşlı uşağa işgəncə verən ögey ata məhkəmədə





