İdman

Unibank Premyer Liqasının qalibləri mükafatlandırıldı - FOTO

24 Sentyabr 2010 14:54
Baxış: 302
"Yaxt klub"da keçirilən tədbirdə AFFA-nın prezidenti Rövnəq Abdullayev, PFL-in prezidenti Ramin Musayev, AFFA-nın baş katibi Elxan Məmmədov, AFFA İK-nın üzvləri Mirkamil Rəhimov və Elmar Qasımov, AFFA-nın I vitse-prezidenti Rauf Əliyev və AFFA-nın vitse-prezidenti Elşad Nəsirov iştirak ediblər.

Ötən mövsümün qaliblərinə medalları AFFA-nın prezidenti Rövnəq Abdullayev, PFL-in prezidenti Ramin Musayev və AFFA-nın baş katibi Elxan Məmmədov təqdim ediblər.

Qaliblərin mükafatlandırılması mərasimindən öncə ötən mövsümün yekunlarına əsasən ilin nominantlarına mükafat təqdim edildi. Nominantlar bir sıra KİV tərəfindən seçilib:

Ən yaxşı qapıçı - Fərhad Vəliyev ("Qarabağ")
Ən yaxşı müdafiəçi - Maksim Medvedev ("Qarabağ")
Ən yaxşı yarımmüdafiəçi - Aleksandr Şoliç ("Bakı")
Ən yaxşı hücumçu və bombardir - Fərid Quliyev ("Neftçi")
Ən yaxşı məşqçi - Ramiz Məmmədov ("Qəbələ")
Ən yaxşı yerli oyunçu - Rəşad Sadıqov ("Qarabağ")
Ən yaxşı legioner oyunçu - Joao Silvinyo de Karvalyo ("Bakı")
İlin kəşfi - Araz Abdullayev ("Neftçi")
İlin qolu - Georgi Adamiya ("Qarabağ"), "İnter"in qapısına vurduğu qol
İlin ən yaxşı oyunçusu - Əfran İsmayılov ("Qarabağ")
İlin tərəfdaşı - Unibank Kommersiya Bankı.

Bundan başqa, 2009-2010-cu il mövsümü Unibank Premyer Liqasının oyunlarını idarə etmiş ən yaxşı hakimlərin adları açıqlanıb. Ötən mövsümün qaliblərinin mükafatlandırılması mərasimində iştirak edən hakimlərin mükfatlarını Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev təqdm edib.

Futbol üzrə I Divizion komandaları arasında keçirilən Azərbaycan çempionatının qaliblərinə də mükafat verilib. Ötən mövsümün nəticələrinə əsasən "Gəncə" klubu qızıl, MOİK gümüş, "Bakılı" isə bürünc medallara sahib çıxıb. Bundan əlavə I Divizionun qalibi "Gəncə" klubuna 100 000 manat, II yeri tutmuş MOİK klubuna isə 70 000 manat məbləğində pul çeki təqdim edilib.

Milli.Az

























































loading...

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.