“Formula 1”də Qətər və Əbu-Dabi Qran-priləri ilə bağlı qərar sentyabrda veriləcək
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
"Formula 1" rəhbərliyi mövsümün sonlarına doğru Qətər və BƏƏ-də keçirilməsi planlaşdırılan yarışlarla bağlı yekun qərarı sentyabr ayında açıqlamağı düşünür.
Milli.Az xəbər verir ki, "Formula 1"in prezidenti və icraçı direktoru Stefano Domenikalinin sözlərini "Motorsport Nextgen Auto" nəşri yayıb.
Stefano Domenikali bildirib ki, təşkilatçılar Yaxın Şərqdəki vəziyyəti diqqətlə izləyir və qərar vermək üçün mümkün qədər çox vaxt qazanmağa çalışırlar. Onun sözlərinə görə, Qətər və Əbu-Dabidə yarışların keçirilib-keçirilməyəcəyi ilə bağlı açıqlamanın sentyabrın ortalarından sonra verilməsi gözlənilir.
Qeyd edək ki, "Formula 1" regionda yaranmış vəziyyət səbəbindən mart ayında Bəhreyn və Səudiyyə Ərəbistanı Qran-prilərinin keçirilməsindən imtina edib. Apreldə nəzərdə tutulan Bəhreyn mərhələsinin daha sonra Malayziyaya köçürüldüyü açıqlanıb.
Domenikali mümkün alternativ plan barədə də danışıb. O bildirib ki, Yaxın Şərqdə yarışların təşkili mümkün olmasa, çempionatın son mərhələləri Avropadakı traslarda keçirilə bilər.
"Formula 1" rəhbərinin sözlərinə görə, hazırda bir neçə fərqli ssenari üzərində iş aparılır və konkret qərar vermək üçün hələ tezdir.
Hazırkı təqvimə əsasən, Qətər Qran-prisi 27-29 noyabr, Əbu-Dabi Qran-prisi isə 4-6 dekabr tarixlərində keçirilməlidir. Bu iki mərhələnin mövsümün son yarışları olması planlaşdırılır.
Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)
DİGƏR XƏBƏRLƏR
-
Daha bir klub ev oyunlarını Şamaxıda keçirəcək
-
"Beşiktaş" onunla da yollarını ayırdı
-
Məhəmməd Salahın yaşayacağı küçəyə adı veriləcək
-
UEFA Matteo Genduzi və Mason Qrinvud barədə araşdırmaya başladı
-
Xoşqədəmdən Qurban Qurbanovla bağlı paylaşım
-
Messiyə görə Argentinada bütün oyunlar dayandırılacaq - Xüsusi aksiya
XƏBƏR LENTİ
-
Tanınmış bəstəkar və ailəsi faciəvi şəkildə öldürüldü
-
Daha bir klub ev oyunlarını Şamaxıda keçirəcək
-
"Beşiktaş" onunla da yollarını ayırdı
-
Gəmi qəzası ilə bağlı Şimali Kiprdə 3 azərbaycanlı saxlanıldı - (Foto)
-
Kiprdə batan gəmidə ürəkdağlayan hadisələr: Hər ikisi ailəsi üçün canını verdi - (Foto)
-
Müəllimlərin təkrar sertifikasiyasının müsahibə mərhələsi başladı
-
Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə dizel yanacağı göndərilib
-
Avqust ayında müşahidə olunan hava açıqlandı
-
Azərbaycanda böyrəyini satmaq istəyən kişi cərimələndi
-
Putin pələnglə qarşılaşmasından danışdı
-
Prezident İlham Əliyev ATƏT Parlament Assambleyasının prezidentini qəbul edib - (Foto)
-
Prezident İlham Əliyev San Marinonun Regent Kapitanlarına məktub ünvanlayıb
-
Gömrükdə 654,9 karat brilyant tutuldu
-
Xalq artisti çimərlikdən görüntülərini yaydı - (Foto-Video)
-
Kreditinizi Birbank-a gətirin 80 000 manatadək məbləği 6%-dək güzəştlə əldə edin
-
Odessada yaşayış binası vuruldu: 17 yaralı var
-
Məhəmməd Salahın yaşayacağı küçəyə adı veriləcək
-
Pul çatışmazlığı insan beynini dəyişir - Elmi araşdırma
-
UEFA Matteo Genduzi və Mason Qrinvud barədə araşdırmaya başladı
-
DİN-dən əməliyyat: 68 cinayət açılıb, 103 axtarışda olan şəxs saxlanılıb
-
“Qızı mənə iki mənzil təklif etdi, mən də onu pəncərədən atdım” - (Video)
-
Xoşqədəmdən Qurban Qurbanovla bağlı paylaşım
-
Bu şəxslər pulsuz mənzil ala bilər - Deputat açıqladı
-
8 saatlıq mikrocərrahi əməliyyat: Həkimlər 3 yaşlı uşağın qopmuş əlini xilas etdi - (Foto)





