"Formula 1": Azərbaycan Qran-prisi öncəsi könüllülər üçün təlimlər keçirilib - (Foto)
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
"Formula 1" üzrə Azərbaycan Qran-prisinə hazırlıq işləri çərçivəsində könüllülər üçün xüsusi təlim proqramı təşkil edilib.
Milli.Az xəbər verir ki, media nümayəndələri də təlim prosesini yaxından izləyərək hazırlıq mərhələsi ilə tanış olublar.
Tədbir zamanı Azərbaycan Qran-prisinin keçirilməsinin 10 illiyi münasibətilə könüllülük proqramının son onillikdə keçdiyi inkişaf yolu, əldə olunan nəticələr və iştirakçılar üçün yaradılan imkanlar barədə məlumat verilib.
Bildirilib ki, 2016-cı ildən etibarən könüllülük proqramına maraq əhəmiyyətli dərəcədə artıb. İlk yarış ilində proqrama 7 min namizəd müraciət etdiyi halda, bu il qeydiyyatdan keçənlərin sayı rekord göstəriciyə - 49 minə çatıb.
Könüllülər arasında yaş fərqinin də kifayət qədər geniş olduğu diqqətə çatdırılıb. Belə ki, proqramın ötən 10 il ərzində ən gənc iştirakçısı 16, ən yaşlı könüllüsü isə 75 yaşında olub.
Təlimlərin təşkilində 2016-cı ildən fəaliyyət göstərən Bakı Şəhər Halqası Akademiyasının xüsusi rolu vurğulanıb. Akademiyada könüllülər yarış zamanı yerinə yetirəcəkləri vəzifələrə hazırlanmaqla yanaşı, onların şəxsi və peşəkar bacarıqlarının inkişafına da diqqət yetirilir.
Hazırlıq proqramına ixtisaslaşmış təlimlər və praktiki məşğələlər daxildir. Bu proses çərçivəsində iştirakçıların komanda ilə işləmək, ünsiyyət qurmaq və yarışın dinamik mühitində operativ qərarlar qəbul etmək bacarıqları inkişaf etdirilir.
Qeyd edək ki, "Formula 1" üzrə Azərbaycan Qran-prisi sentyabrın 24-26-da Bakıda keçiriləcək.
Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
-
Türkiyədə “Səbail”in oyununda kütləvi dava - (Video)
-
Aksel Vitsel karyerasını bitirəcəyi kluba transfer olundu
-
"Formula 1": Azərbaycan Qran-prisi öncəsi könüllülər üçün təlimlər keçirilib - (Foto)
-
“Həyat yoldaşımın namaz qıldığını görmək çox xoşdur"
-
"Sabah"ın futbolçusu ÇL-nın bombardirlər siyahısında liderdir
-
“Sabah”ın qazax qapıçısı milliyə çağırıldı
XƏBƏR LENTİ
-
Türkiyədə “Səbail”in oyununda kütləvi dava - (Video)
-
Xırdalandakı qətlə görə saxlanılanların Fotoları
-
SEPAH daha dağıdıcı silahlarla hədələdi
-
“Hyundai”la “Lynco” toqquşdu - 2 nəfər öldü
-
Aksel Vitsel karyerasını bitirəcəyi kluba transfer olundu
-
14 yaşlı oğlan tüfəngdən açılan atəşdən öldü
-
Azərbaycanlıların olduğu gəmiyə PUA hücumu
-
"Rənc Rover" ağır qəzaya uğradı: Ölənlər var - (Foto)
-
"Xala anandır, nəslində olanlardır - Kəmalə Günəşli əsəbiləşdi - (Video)
-
Rasim Həsənov məhkəmə zalından azadlığa buraxıldı
-
Güclü külək, leysan, şimşək - Sabahın havası
-
İlham Nəsirov vəzifəsini itirdi
-
MİDA-dan ev almaq asanlaşdı
-
"Formula 1": Azərbaycan Qran-prisi öncəsi könüllülər üçün təlimlər keçirilib - (Foto)
-
Diddi Tupak Şakurun qətlində ittiham oluna bilər - (Foto)
-
Masazırda əvvəl üçmərtəbə planlaşdırılan bina səkkiz mərtəbəyə çatıb
-
“Həyat yoldaşımın namaz qıldığını görmək çox xoşdur"
-
Gəncədə zibillikdə ölü döl tapıldı: Araşdırma başladı
-
"Sabah"ın futbolçusu ÇL-nın bombardirlər siyahısında liderdir
-
"Hörmüz boğazı əvvəlki kimi əhəmiyyətli olmayacaq"
-
Daha bir müğənni Afətlə qırğına çıxdı: “Bizi cəmiyyətə əxlaqsız kimi göstərir” - (Video)
-
Piyada keçidində eskalator sıradan çıxıb: Təmir nə vaxt başa çatacaq?
-
“Hörümçək Adam” 2 milyardlıq rekorda imza atdı
-
“Sabah”ın qazax qapıçısı milliyə çağırıldı





