İran

SEPAH daha dağıdıcı silahlarla hədələdi

20 Avqust 2026 13:44
Baxış: 274
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

Yeni müharibədə daha dağıdıcı silahlardan istifadə edəcəyik.

Milli.Az APA-ya istinadən bildirir ki, bunu İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) sözçüsü general Hüseyn Möhebbi "Defa Press"ə müsahibəsində deyib.

Möhebbi bildirib ki, yeni müharibə başlayacağı təqdirdə, İranın istifadə edəcəyi silahlar əvvəlkindən tamamilə fərqli olacaq.

"Bu fərq döyüş başlığının nəsli, zərbənin dəqiqliyi, raketlərin mənzili və ya digər istənilən sahədə özünü göstərə bilər", - SEPAH sözçüsü qeyd edib.

Mohebbi vurğulayıb ki, İran İslam Respublikası silahların istehsalında və onların inkişaf etdirilməsində heç vaxt fasilə verməyib.

Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.