İdman

“Kifayət qədər qol vura bilmədiyimizə görə narazıyam”

28 May 2026 23:59
Baxış: 349
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

"Qəbələ"nin baş məşqçisi Kaxaber Tsxadadze komandasının Misli Premyer Liqasının pley-off matçında "Mingəçevir" üzərində 2:0 hesablı qələbə qazanması haqda danışıb.

Milli.Az xəbər verir ki, gürcü məşqçi "Qəbələ"nin qalibiyyətini şərh edib.

"Azarkeşləri bu qələbə münasibətilə təbrik edirəm. Bu qələbə vacib idi. Yaxşı oyun oynadığımıza və qalib gəldiyimizə çox şadam. Bu qədər şansımız olsa da, kifayət qədər qol vura bilmədiyimizə görə narazıyam. Bu oyunda çox çalışdıq. Güclü məşqçi ilə qarşılaşdıq - bu, onların üstünlüyü  idi. Amma daha güclü idik və layiqincə qalib gəldik".

O, "Qəbələ"də qalıb-qalmayacağı ilə bağlı suala isə belə cavab verib: "Hazırda müqaviləm var. Başqa suallarınız varsa, kluba ünvanlaya bilərsiniz". /"Qafqazinfo"

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.