İdman

Azərbaycan millisinə cəlb olunan Kamara ilə bağlı AÇIQLAMA

28 May 2026 14:56
Baxış: 332
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinə cəlb olunan Mustafa Kamara yığmaya faydalı olacaq.

Milli.Az-ın "Report"a istinadən yaydığı məlumata görə, bunu U-21-in baş məşqçisi Rəşad Eyyubov jurnalistlərə açıqlamasında bildirib.

O, milli komandaya yeni dəvət olunan futbolçular barədə fikirlərini bölüşüb:

"Heyətdə yeni cəlb olunan futbolçular var. Həm əvvəlki oyunçular, həm də yeni futbolçulara ümidlər böyükdür. Bu gün Lorenzo Mezzotero ilk məşqinə çıxdı. Bir məşqlə heçnə demək olmaz. Gözləntilərimiz var. Mustafa Kamara isə sabah ilk məşqinə çıxacaq. O, bizim üçün qeyri-tipik oyunçudur. Çünki texnikası və oyun tərzi fərqlidir. Kamaranın yığma üçün faydalı olacağını düşünürəm".

Mütəxəssis Bakıda start verdikləri təlim-məşq toplanışı ilə bağlı danışıb:

"Bu gündən məşqlərə başladıq. Komandada ab-hava yaxşıdır. Hazırlığa yaxşı temlə start vermişik. İnanırıq ki, toplanışın sonuna qədər hər şey yüksək səviyyədə davam edəcək".

R.Eyyubov Türkiyədə keçirəcəkləri yoxlama oyunlarında maksimum nəticə qazanmaq istədiklərini bildirib: "Türkiyədə bizi iki yoxlama oyunu gözləyir. Lakin heç vaxt rəsmi matçlarla yoxlama görüşlərini ayırmıram. Məqsədimiz ancaq maksimum nəticə əldə etmək olacaq".

Qeyd edək ki, U-21 mayın 28-dən 30-dək Bakıda, mayın 31-dən iyunun 10-dək isə Türkiyənin İsparta şəhərində təlim-məşq toplanışında olacaq. Türkiyədəki hazırlıq çərçivəsində iyunun 6-da Bəhreyn, 9-da isə Qırğızıstanın müvafiq yaş qrupundan ibarət komandasına qarşı 2 yoldaşlıq oyunu keçirəcək. "Sav" stadionunda baş tutacaq hər iki matçın Bakı vaxtı ilə saat 18:00-da başlanması nəzərdə tutulur.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.