İdman

Okan Buruk - “Komandamızın içində xain var”

9 Aprel 2026 20:59
Baxış: 328
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

Türkiyə Superliqası çərçivəsində ötən gün "Göztepe"yə 3:1 hesabı ilə qalib gələn "Qalatasaray"ın baş məşqçisi Okan Buruk maraqlı açıqlama verib.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, o, komandanın içindən bir nəfərin oyundan öncə taktiki gedişləri rəqiblərə ötürdüyünü bildirib.

"Bir nəfər hər dəfə "Qalatasaray"ın matçdan öncə müəyyənləşdirilən ilk "11-liy"ni alıb rəqiblərə ötürür. Bunu kimin etdiyini araşdıracağıq. Komandaya qarşı böyük bir xainlik var. Bu, "Qalatasaray" camiəsinə qarşı xəyanətdir. Rəqiblərimiz də ona görə hazırlanırlar. Komandanı kim satırsa, bunu tapmaq lazımdır. Xainin kim olduğunu ortaya çıxaracağıq", - çalışdırıcı vurğualyıb.

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.