İdman

“Liverpul” ABŞ-də Hollivud aktyorunun komandası ilə qarşılaşacaq

5 Mart 2026 09:00
Baxış: 346
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Liverpul" klubu yay mövsümöncəsi turu çərçivəsində Hollivud aktyoru Rayan Reynoldsa məxsus "Reksem" klubu ilə ABŞ-da oyun planlaşdırıb.

Milli.Az İdman.Biz-ə istinadən bildirir ki, bu barədə "The Athletic"ə istinadən məlumat verir.

Mersisaydlıların həmçinin ABŞ-da "Lids Yunayted" və "Sanderlend"ə qarşı oyunları da planlaşdırılıb. "Reksem"lə oyun "Nyu-York Yankis" beysbol komandasının ev stadionunda keçirilə bilər.

Martın 7-də "Reksem" İngiltərə Kubokunun 1/8 final mərhələsində "Çelsi" ilə qarşılaşacaq. "Reksem" hazırda 35 oyundan sonra 57 xalla Çempionşip cədvəlində altıncı yerdədir.

"Liverpul" 29 liqa oyunundan sonra 48 xalla Premyer Liqa cədvəlində beşinci yerdədir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.