İdman

Ronaldu karyerası barədə qərarını verdi

2 Mart 2026 10:45
Baxış: 612
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Səudiyyənin "Əl-Nəsr" futbol komandasının hücumçusu Kriştianu Ronaldu gələcəyi ilə bağlı yayılan şayiələrə son qoyub.

Milli.Az İdman.Biz-ə istinadən bildirir ki, təcrübəli futbolçu klub rəhbərliyi ilə yaşadığı fikir ayrılıqlarına baxmayaraq, komandada qalmağa qərar verib.

Bir müddət əvvəl klubun idarəetmə sistemindən narazı qalan və bəzi oyunları boykot edən Ronaldu Səudiyyə Ərəbistanını tərk etməyəcək. O, 2027-ci ilin yayına qədər qüvvədə olan müqaviləsinin sonuna qədər "Əl-Nəsr"də çıxış edəcək. Portuqaliyalı ulduzun bu qərarı verməsində Səudiyyə Ərəbistanı İnvestisiya Fondundan gələn vədlər mühüm rol oynayıb. Belə ki, futbolçuya növbəti transfer pəncərələrində komandaya dünya səviyyəli ulduzların gətiriləcəyi barədə zəmanət verilib.

Hazırda "Əl-Nəsr" Səudiyyə Pro Liqasının turnir cədvəlinə başçılıq edir. Çempionluq uğrunda gərgin mübarizədə ikinci pillədəki "Əl-Əhli" liderdən iki xal geri qalır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.