Emin Mahmudov: “Bizim irəli getməyimizi istəmirlər”
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
"Oyundan sonra Hakimlər Komitəsindən bir nəfər çıxıb deyir ki, bu, penalti deyil. Deməli, istəmirlər biz irəli gedək. Nəticədə kiminsə həyatı ilə oynayırlar".
Milli.Az İdman.Biz-ə istinadən bildirir ki, bu sözləri "Neftçi"nin kapitanı Emin Mahmudov deyib.
O, Azərbaycan Premyer Liqasının 22-ci turunda səfərdə "Şamaxı" ilə 2:2 hesablı heç-heçə etdikləri oyunun son dəqiqələrində qapılarına təyin olunan penalti epizodu ilə bağlı etirazını bildirib.
34 yaşlı yarımmüdadiəçi hakimlərin komandasına qarşı qərəzli yanaşdığını qeyd edib.
"Bu, sadəcə biabırçılıqdır. 90+5-ci dəqiqədə belə penalti qərarına söz tapmaq olmur. Biirinci dəfə deyil, bundan əvvəl də 3-4 dəfə belə hallar yaşanıb. Komanda üzvləri məyus olur. Çünki bizim üçün qələbə çox vacib idi və onu əlimizdən aldılar. Oyundan sonra çıxıb danışmağın mənası yoxdur. Hakimlər Komitəsinin sədri çıxıb deyəcək ki, penalti yoxdur. Bu mövsüm 15 epizod saya bilərəm ki, bizə penalti verilməyib. Amma burada deyəcəklər ki, dirsək dəyib. Birinci bizim futbolçumuz tullandı. İndi arxadan kimsə tullansa və mən onun başına dirsək vursam, onda hər oyunda belə penalti qazanaram. Üstəlik, həmin epizoddan öncə bizim təmiz penaltimizi vermədilər. Heç baxmadılar belə. Abubakar başla qol vurduqdan sonra rəqibin əl toxunuşu var idi. Amma Cavid Cəlilov həmin epizodu görməzdən gəldi", - deyə o, teleqraf.az-a açıqlamasında deyib.
E.Mahmudov həm də hakimlərə qarşı mübarizə apardıqlarını əlavə edib:
"Biz yenə də davam edəcəyik. Möhtəşəm xarakterə malik komandamız var. Gələcək oyunlara köklənəcəyik və daha yaxşı olacağıq. Çünki təkcə komandalara qarşı yox, hakimlərə qarşı da mübarizə aparırıq".
Milli.Az
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Narkotik kuryerlərinə qarşı əməliyyat - Saxlanılanlar var
-
Sabah bu ərazilərdə qaz KƏSİLƏCƏK
-
İranda SEPAH karvanına hücum edildi
-
Çoxları bilmir: Pensiyaçılar bu vergilərdən azaddır
-
Niyə bəzi qadınlar “hər şeyi özüm edərəm” deyir?
-
Heç kim azərbaycanlı xanım olduğuna İNANMADI - VİDEO
-
Milli Məclisdə Quba ilə bağlı mühüm LAYİHƏ
-
Estetik əməliyyatda FACİƏ: Gülərək girdiyi əməliyyatdan çıxa bilmədi - VİDEO
-
Prezident İlham Əliyev: Azərbaycan ərazisindən Ermənistana 28 min ton yük çatdırılıb
-
Ayın 5-də yağış intensivləşəcək, qara keçəcək - PROQNOZ
-
Prezident İlham Əliyev: Biz cəmi doqquz aydır ki, sülh şəraitində yaşayırıq
-
Svetoforda edilən bu səhv baha başa gələ bilər
-
Bakı-Qazax yolunda ağır QƏZA - Ölən var
-
Maykl Kerrikdən inanılmaz rekord: Premyerliqada tarix yazdı
-
Prezident İlham Əliyev: Bu günə qədər bizim 12 min ton neft məhsulumuz Ermənistana ixrac olunub
-
“Avropa Siyasi Birliyi” Azərbaycan ilə Ermənistan arasında sülhün bərqərar olmasında mühüm rol oynayıb - Paşinyan
-
Üzərində bıçaq gəzdirənləri hansı cəza gözləyir?
-
Prezident İlham Əliyev: Həm Ermənistan, həm də Azərbaycan artıq sülhdən real faydalar əldə ediblər
-
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 8-ci Zirvə toplantısında videobağlantı formatında çıxış edib
-
Mərhum sədr Rasim Balayevdən sonra ilk iclas KEÇİRİLƏCƏK
-
Bu halda ağac və kolların kəsilməsinə icazə VERİLƏCƏK
-
Bakıda Ümummilli lider Heydər Əliyevin anadan olmasının 103 illiyi ilə əlaqədar möhtəşəm konsert keçirildi - FOTO
-
"O, anasının qəbrinin üstündə saat reklamı EDİRDİ"
-
Minlərlə müəllim üçün həlledici mərhələ başlanılıb - FOTO





